Bu gün Bakıda "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
"Gülüstan” Sarayında təşkil olunan konfransda Təhsil, İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərlərinin, habelə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin, UNESCO, "Mikrosoft” və "İntel” şirkətlərinin nümayəndələrinin də qatıldığı tədbirdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi vəziyyəti geniş müzakirə olunub. Konfransda təqdimatla çıxış edən təhsil naziri Misir Mərdanov müvafiq dövlət qurumlarının rəhbərlərinin, İKT sahəsində xidmət göstərən korporativ şirkətlərin, habelə elm və təhsil mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirin ölkə təhsili üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib. Nazir deyib ki, təhsildə İKT-nin tətbiqi üzrə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində dövlət vəsaiti hesabına 3693 mək
...
Ardı »