Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib ki, bu məqsədlə Bakı şəhərində vahid nəqliyyat ödəniş kartlarından istifadə ediləcək.
Həmin kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə, hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq. Artıq ödəniş kartının forması və dizaynı müəyyənləşdirilib. Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar, dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur. Paralel olaraq bütün nəqliyyat vasitələrində (o cümlədən, avtobuslar və taksilərdə) bu kartlar vasitəsilə ödənişi qəbul etməyə imkan verən mini-terminallar quraşdırılacaq. Bu terminalların ilk nümunələri artıq noyabrın sonunadək Azərbaycana gətiriləcək.
Qeyd edək ki, kartların tətbiqi ilə yanaşı ödənişi nağd yolla etmək imkanları da ola
...
Ardı »