12 noyabr 2010-cu il tarixdə Zaqatala şəhər Humanitar fənlər gimnaziyasında İKT-dən istifadə etməklə "Yaşıl Paket” tədris komplektinin inteqrativ tədrisi ilə bağlı açıq dərs keçirilmişdir. Rayonun müxtəlif məktəblərində oxuyan şagirdlərdən təşkil olunmuş "Yaşıl Patrul” -lardan ibarət "Etiraz”, "Qığılcım”, "Çevrə” komandalarının üzvləri bu istiqamətdə gördükləri işlərdən bəhs etmiş, hazırladıqları materialları təqdim etmişlər. Açıq dərsdə Rayon Təhsil şöbəsinin müdiri, RTŞ metodiki mərkəzin direktoru, metodist müəllimlər, rayonun müxtəlif məktəblərində işləyən müəllimlər iştirak etmişlər.