Dünyanın ikinci nəhəng personal kompüter istehsalçısı olan "Dell Inc.” şirkətinin xalis mənfəəti oktyabrın 30-da başa çatan 2010-2011-ci maliyyə ilinin 9 ayı ərzində 55% artaraq 1,708 mlrd. dollar təşkil edib.
Ötən ilin müvafiq dövründə bu göstərici 1,099 mlrd dollar olub.
Hesabat dövründə şirkətin gəliri 21% artaraq 38,002 mlrd. dollardan 45,802 mlrd. dollara yüksəlib. Əməliyyat gəlirləri isə 38% artaraq 1,662 mlrd. dollardan 2,288 mlrd. dollara çatıb.
"Dell Inc.”in xalis mənfəəti 2010-2011-ci maliyyə ilinin III rübündə 2 dəfə - 337 mln. dollardan 822 mln. dollara qədər artıb. Bu müddətdə şirkətin gəlirlərində 19% (12,896 mlrd. dollardan 15,394 mlrd. dollara), əməliyyat gəlirlərində isə 77% (577 mln. dollardan 1,024 mlrd. dollara) artım qeydə alınıb.
Qeyd edək ki, 1984-cü ildə yaradılan "Dell Inc.” şirkətinin baş ofisi ABŞ-ın Texas ştatının Ostin şəhərində yerləşir. Şirkətin banisi və baş direktoru Maykl Delldir.
...
Ardı »