Dünyanın ən iri mobil rabitə operatorları simsiz GSM-kommunikasiyaların tətbiq sahəsinin genişlənməsinə dair yeni təşəbbüslə çıxış ediblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, operator-şirkətlərin təşəbbüsü bu kommunikasiyaların 2012-ci ildən etibarən adi mobil telefon və smartfonlardan başqa, naviqator, kamera, portativ oyun qurğuları, musiqi pleyerləri və mobil şəbəkələrlə işləmək imkanına malik bir sıra digər qurğular spektrində də tətbiq olunmasını nəzərdə tutulur.
Mobil operatorlardan ibarət "GSM Association” konsorsiumu mobil telefonlar sahəsindən başqa digər istiqamətlərdə də istifadə oluna biləcək yeni nəsil SİM-kartların yaradılmasına dair planları açıqlayıb. "GSM Association” çərçivəsində "AT&T”, "Verizon”, "Vodafone”, "China Mobile” və "Deutsche Telekom” kimi şirkətlərin təmsil olunduğu İşçi Qrupu yaradılıb. İşçi Qrupu SİM-kartların əvvəlcədən quraşdırılmış tətbiq sahəsi
...
Ardı »