Türkiyə mətbuatına istinadən xəbər verir ki, National Supercomputer Centerdə olan "Tianhe-1A" sistemi, 2.57 petaflop/sn performansla rekorda imza atıb.
Bununla da Çin istehsal etdiyi yeni komputerlə "TOP 500”də birinci yerə yüksəlib. Siyahıda ABŞ Energetika Nazirliyinin Oak Ridge Leadership Computing təsislərində olan Cray XT5 "Jaguar” sistemi, 1,75 petaflop/sn ilə ikinci yerdə qərarlaşıb.
Siyahıda üçüncü yeri 1.27 petaflop/sn ilə Çinli sistem Shenzen, dördüncü yeri isə 1.19 petaflop/sn performansı ilə Tokio Texnologiya İnstitutunun istehsalı olan "Tsubame 2,0” tutub. Siyahıda ABŞ və Çinlə yanaşı Yaponiya, Fransa, Almaniya texnologiyaları da yer alır. Siyahıda birinci yeri Çin tutsa da, ABŞ "TOP 500” də 275 yerlə çıxış edir.