Gün.Az Zaqatala məktəbliləri Moskvalı həmkarları ilə bilik yarışına qoşulub
01 Oktyabr [16:51] Zaqatala məktəbliləri Rusiyanın paytaxtı Moskvada təşkil olunan "Eruditı planeti” internet bilik müsabiqəsinə qoşulub. Bu barədə Gün.Az-ın bölgə müxbirinə layihənin rəhbəri Bahar İsmayılova məlumat verib.
Bildirilir ki, ötən ilin may ayından internet bilik yarışmasına qoşulmaq təklifi alsalar da ilkin hazırlıq olmadığından layihəyə qoşulmayıblar. Lakin ötən yay tətili günlərini boşa verməyən bir qrup məktəbli Moskvadan göndərilən suallar və tapşırıqları, məntiqi misalları birgə müzakirə edərək növbəti müsabiqəyə hazırlaşıblar.
Bir neçə dəfə Zaqatala Tədris Mərkəzinin köməyi ilə məktəblilər arasında onlayn konfranslar keçirilib, müzakirələr aparılıb. Nəhayət, bu il zaqatalalılar bir neçə müəllim, ibtidai sinif, orta pillə, yuxarı sinif şa
... Ardı »
İyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iclasında Bakcell şirkətinin Azercell şirkətinə qarşı operatorlararası arabağlantı tarifi üzrə məhkəmə iddiasına baxılıb. Bu barədə çərşənbə günü Bakcell şirkətindən Trend-ə verilən məlumatda deyilir.
Mobil operatorlar bir-birinə şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə haqq ödəyir və həmin tarif "arabağlantı tarifi" adlanır. 2009-cu ilin aprelində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 manat səviyyəsində müəyyən edilmişdi. "Bakcell Ltd." MMC "Azercell Telekom"a arabağlantı tarifinin tələb olunan səviyyəyə qədər azaldılması təklifi ilə müraciət etsə də, "Azercell" MMC mövcud tarifin (1 dəq. = 0,05 manat) onu qane etdiyini söyləyərək qarşı tərəfi haqsız saydığını bildirmişdi.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq.
Gün.Az-ın verdiyi xəbərə görə, Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaq. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcək.
Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarıc, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin onlayn versiyalarını əldə edəcəklər Gün.Az
Zaqatala Computer Mərkəzi kimi 1992-ci ildə fəaliyyətə başlayan, 2001-ci ildən Bakı Elmi-Tədris Mərkəzinin filialı, 2007-ci ildən isə Zaqatala Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (ZTM MMC) kimi fəaliyyətini davam etdirən müəssisəmiz müxtəlif modullar üzrə təlimlərin təşkili və keçirilməsi sahəsində müəyyən qədər təcrübəyə malikdir. Belə ki, ümumilikdə fəaliyyət göstərdiyi 19 il ərzində müxtəlif dövrlərdə Mərkəzdə İT texnologiyaları, xarici dil, ekologiya üzrə, "Öz biznesinə başla”, "Öz biznesinə başla və inkişaf etdir”, "Beynəlxalq mühasibatlıq prinsipləri” və müxtəlif peşə kursları təşkil edilmiş və davam etməkdədir.
İyunun 13-ü və 14-də Zaqatala rayonunda Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri tərəfindən Azərbaycanın 10 rayonundan olan, mədəni irs sahəsində çalışan mütəxəssislərə təlim keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Avropa Şurasının "Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi məqsədi daşıyır. Təlimdə Azərbaycanın Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinlərinin, baş memarların, rayon mədəniyyət və turizm şöbə müdirlərinin iştirak edəcəyi planlaşdırılır.
Layihənin məqsədi milli, regional və yerli səlahiyyət
... Ardı »