Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur.
"300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.
2010-cu ilin avqust ayından etibarən, Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, Azerfon-Vodafone-un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur.
Azerfon şirkətinin İdarə Heyətinin sədri Cüneyt Türktan: «Azerfon-Vodafon-un 3G texnologiyası əsasında təqdim etdiyi xidmətlərə müştərilərin dayanmadan artan marağını nəzərə alaraq, biz bu şəbəkənin əhatə dairəsini Lənkəran, Quba və Xaçmaza da genişləndirməyi qərara aldıq. Biz bilirik ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı xeyli yüksəkdir. Get-gedə, daha çox insanlar 3G xidmətlərini dəstəkləyən telefonlar vasitəsi ilə İnternetdən istifadə edirlər, və məhz bu səbəbdən hazırda Azerfon-Vodafon-un xidmətləri g
... Ardı »
5-7 iyul tarixində Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda beynəlxalq konfrans keçirildi. keçirilmişdir. 7 iyul-Biomüxtəliflik üzrə Avropa reqionu nazirlərinin görüşündə nümayəndə kimi biz də iştirak etdik və təşkil edilmiş Beynəlxalq sərgidə "Təbiət məharətlə yaradılmış həyat simfoniyasıdır” layihəsi əsasında hazırladığımız işlər (təqdimatlar, şəkillər, filmlər,...) çox böyük marağa səbəb oldu və yüksək qiymətləndirildi. Humanitar fənlər gimnaziyasının müəllimi (Xacay m.) Zaqatalanın görməli yerləri, təbiəti haqqında hazırladığı albom da konfrans iştirakçılarının çox xoşuna gəldi. Bu tədbir haqqında qısa xülasəni Siz
... Ardı »
"Elektron təhsil” respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb
Texnoloji bacarığı olan müəllimlər mükafatlandırıldı Təhsil Nazirliyinin müəllimlər, şagirdlər və tələbələr arasında keçirdiyi "Elektron təhsil” respublika müsabiqəsinin ...
Qaliblər Diqqət ! Təşkilat Komitəsinin məlumatı: "Elektron Təhsil" Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılmasından ibarət olan Təqdimat Mərasimi 21 iyun 2010-cu il tarixdə saat 10.00 da Park İNN otelində keçirildi.
Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqi
... Ardı »
May ayının 27-də keçirilən müsabiqədə hər məktəbdən məhdud sayda şagird iştirak etmişdi. Şagirdlərin arzusunu nəzərə alaraq yaxın günlərdə yenidən müsabiqə keçirəcəyik. Arzulayan hər bir məktəbli və tələbə iştirak edə bilər. Əvvəlki müsabiqənin qaliblərinin işləri və bu müsabiqədə fərqlənən ev tapşırığı saytımızda yerləşdiriləcək.
Qeydiyyat, ev tapşırığının təqdimi və əlavə məlumat üçün Zaqatala Tədris Mərkəzinə müraciət edə bilərsiniz. 0174-54885
Azərbaycan, sənsən mənim ülviyyətim, şan-şöhrətim,
Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim!
Dünya tarixi təcrübəsi göstərir ki, dövlətlə vətəndaş cəmiyətinin münasibətlərində heç vaxt tam harmoniya olmamışdır. Yalnız hakimiyyətlə vətəndaş arasında qarşılıqlı hörmət, işgüzar qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru uğurlu hərəkət mümkündür. Uzun sürən bu tarixi yolda respublikamız qətiyyətli addımlarını atır. Biz bu addımların uğuruna, xoşbəxt gələcəyimizə
... Ardı »
May ayının 27-də Zaqatala RIH-nin tövsiyyəsi və ZTM-in dəstəyi ilə RTŞ tərəfindən şəhər 3 saylı orta məktəbində məktəblilərin və tələbələrin İKT üzrə bacarıqlarını qiymətləndirmək məqsədilə rayondaxili müsabiqə keçirildi. Müsabiqədə müxtəlif məktəblərin şagirdləri, AMİ Zaqatala filialının, kollec və peşə məktəbinin komandaları olmaqla 40 nəfər iştirak edirdi. Həmin gün münsiflər heyəti tərəfindən müsabiqənin nəticələri yoxlanıldı və qaliblər elan edildi: