"Yaşıl paket" tədris komplekti əsasında keçilən "açıq dərs"
İsmayılova Bahar İsmayıl qızı - Azərbaycan Respublikasının qabaqcil təhsil işçisi, ali kateqoriyalı müəllim, respublika üzrə "Ən yaxşı müəllim" və digər müsabiqələrin ilk qaliblərindən biri, Zaqatala humanitar fənlər gimnaziyasının, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının riyaziyyat-informatika müəllimidir. O, Zaqatala Tədris Mərkəzinin direktor müavini olmaqla Təhsil Nazirliyi və Bakı Elmi-Tədris Mərkəzinin birgə keçirdiyi ECDL "Avropa səviyyəli kompüter istifadəçisi", Təhsil Nazirliyi və "İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə "İntel-Gələcək üçün təhsil" kurslarının təlimçisi olmuşdur. 2000-ci ildə İT haqqında ilk kitabı (84 səh.), 2005-ci ildə həmmüəllifi olduğu "Kompüter aləmi" (504 səh.) kitabı nəşr edilmişdir. 2008-ci ildə Azərbaycan müəllimlərinin XIII qurultayının və bir sıra beynəlxalq konfransların nümayəndəs
... Ardı »
Azərbaycanın ilk mobil rabitə operatoru «Bakcell» şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki universitetləri ilə birlikdə «Bakcell Məzunu» proqramına start verib.
Şirkətdən verilən məlumata görə, «Bakcell Məzunu» proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Proqramda iştirak etmək üçün ərizələrin qəbulu noyabrın 25-dək davam edəcək. Seçim turundan müvəffəqiyyətlə keçən tələbələr «Bakcell»də minimum 3 ay müddətində təcrübə keçmək imkanı əldə edəcək. Təcrübə proqramı müddətində
... Ardı »
12 noyabr 2010-cu il tarixdə Zaqatala şəhər Humanitar fənlər gimnaziyasında İKT-dən istifadə etməklə "Yaşıl Paket” tədris komplektinin inteqrativ tədrisi ilə bağlı açıq dərs keçirilmişdir. Rayonun müxtəlif məktəblərində oxuyan şagirdlərdən təşkil olunmuş "Yaşıl Patrul” -lardan ibarət "Etiraz”, "Qığılcım”, "Çevrə” komandalarının üzvləri bu istiqamətdə gördükləri işlərdən bəhs etmiş, hazırladıqları materialları təqdim etmişlər. Açıq dərsdə Rayon Təhsil şöbəsinin müdiri, RTŞ metodiki mərkəzin direktoru, metodist müəllimlər, rayonun müxtəlif məktəblərində işləyən müəllimlər iştirak etmişlər.
İnternet vasitəsi ilə Ticarət bir çox sahibralar üçün adi hala çevrilir.
İnternet vasitəsi ilə ticarəti müxtəlif yollarla yerinə yetirmək olar, ancaq ən efektivi öz internet-mağazanız
Təklifin mahiyyəti Son vaxtlar təklif olunan məhsul və ya xidmət növlərinin xeyli genişlənməsi alıcıların bu məhsulları seçmək, qiymətlərini müqayisə etmək, yerlərini müəyyən etmək imkanını xeyli çətinləşdirmişdir. Belə şəraitdə təklif olunan "Virtual mağazalar" informasiya şəbəkəsi bütün bu çatışmamazlıqları aradan qaldırır. Belə ki, bu mağazalar öz saytlarında bütün növ məhsul və ya xidmət haqqında geniş məlumatları əks etdirir. Alıcılar şəbəkənin köməyi ilə operativ olaraq respublikanın bütün regionlarını əhatə edən "Virtual mağazalar" informasiya şəbəkəsinə daxil olaraq yüzlərlə mağazada təklif olunan çoxlu sayda məhsul və ya xidmət növünü müqayisə edərək, istədiyini sifariş edir.
Azərbaycan Prezidenti İlham Əliyev bəzi təhsil işçilərinin "Şöhrət" ordeni, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisi də "Əməkdar müəllim" fəxri adı ilə təltif edilib.
Təltif olunan müəllimləri saytın kollektivi adından təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq! Belə fəxri adlara layiq olan müəllimlərimiz az deyil. Gələcəkdə onların da əməyinin layiqincə qiymətləndirilməsini arzu edirik!
ZTM-in kolllektivi
Bir çox müsabiqələrdə birgə iştirak etdiyimiz Almaz müəlliməni (Almaz Həsrət Bakı-204 saylı məktəb) salamlayır, ürəkdən təbrik edir və gələcək işlərində daha böyük müvəffəqiyyətlər arzulayırıq!