Azərbaycan xalqını ilk süni peykin orbitə çıxması münasibəti
ilə təbrik edirik. İnanırıq ki, bu tarixi hadisə təkcə İKT sahəsində deyil, digər istiqamətlərdə də daha böyük
uğurlara yol açacaq!
AzeriCard Prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankı ilə birgə Virtual ödəmə kartının SMS vasitəsi ilə dərhal əldə olunması imkanını yaradıblar. Virtual kartını almaq üçün YENİ valyuta (AZN/USD/EUR), məsələn YENİ AZN, komandasını 7111 qısa nömrəsinə göndərilir və internet vasitəsi ilə alış-veriş aparmaq üçün VİSA və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur. Həmin kart istər Azerbaycanın istərsə də xarici internet səhifələrdə istifadə oluna bilər. Ani Virtual kartını hədiyyə etmək də olar. Bunun üçün HEDİYYE mobil telefonun nömrəsi valyuta (AZN/USD/EUR), məsələn HEDIYYE 0501234567 AZN. Bunu da qeyd etmək lazımdır ki, bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda 3 kart sifariş edə bilərsiniz. Virtual Kart 1 il müddətinə buraxılır. Kartın qiyməti ayda 0.99 AZN. Kartın balansını artırma
... Ardı »
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf
günüdür. Xalqımız bu faciədə
həyatdan getmiş övladlarına matəm saxlamaqla
bərabər, eyni zamanda onların şəhidlik
zirvəsinə baxaraq başını dik tutmalıdır.
Çünki Vətən və torpaq şəhidləri
ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 22-cü
ildönümüdür. 22 il öncə Azərbaycan
xalqının taleyində də nəhs və qorxunc
günlər yaşanırdı. Xalqımız qırmızı
imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının
zoruna məruz qalmışdı. Xalqımız təcavüzə
uğramış, günahsız insanlar gülləbaran
edilmiş, milli heysiyyatımız tankların tırtılları
altına atılmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq,
onun milli oyanışını, torpaq (Qarabağ)
uğrunda mübarizliyini məhv edib sındırmaq
məqsədi daşıyan mənfur planın tərkib
hissəsi idi. ...1990-c
... Ardı »
”Elektron məktəb” layihəsinə yeni məktəblər cəlb olunacaq
Təhsil naziri Misir Mərdanov "Elektron məktəb” layihəsinə yeni məktəblərin cəlb olunması barədə əmr imzalayıb. "ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, əmr respublika prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə verilib. ... Ardı »
Dekabrın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) dünya şöhrətli alim Lütfi Zadənin elmi irsinə həsr edilmiş, Soft Computing (Yumşaq hesablama) üzrə ikinci Beynəlxalq elmi konfransın açılış mərasimi olub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan 60-dan çox nüfuzlu alim iştirak edib.
Əvvəlcə iştirakçılar universitetin foyesində Lütfi Zadənin AzTU-nun kitabxanasına hədiyyə etdiyi dörd mindən artıq kitab və jurnaldan ibarət sərgi ilə tanış olublar. Universitetin akt zalında davam edən tədbir böyük alimə həsr olunmuş "Bizim Lütfi Zadə” adlı qısametrajlı filmin nümayişi ilə başlayıb.
AzTU-nun rektoru, professor Havar Məmmədov tədbiri açaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsində
... Ardı »
"BakuTel-2012” sərgisi texniki tərəqqinin insanlara bəxş etdiyi imkanların tam spektrini nümayiş etdirir
Bu gün növbəti dəfə ölkənin və
ümumilikdə Xəzər və Qafqaz regionunun informasiya və kommunikasiya
texnologiyaları sahəsində əsas hadisələrdən biri olan 18-ci beynəlxalq
"Telekommunikasiya və İnformasiya texnologiyaları” ("BakuTel-2012”)
sərgisinin sonuncu iş günüdür. Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Birləşmiş Millətlər
Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə
sahəsində Regional Birlik kimi bir sıra beynəlxalq təşkilatlar
tərəfindən sərgiyə verilən dəstək və Ümumdünya Sərgi Sənayesi
Assosiasiyasının keyfiyyət nişanı bu tədbirə xüsusi diqqət
göstərilməsinə sübutdur.
Noyabrın
26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) «Müəllim hazırlığının
müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda
II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və
Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti
Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan,
Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan,
İspaniya, Belarus və Uruqvayın bir sıra ali məktəblərinin rektorları,
tanınmış pedaqoqlar və elm adamları iştirak ediblər. Konfransdan
öncə təhsil naziri Misir Mərdanov, Azərbaycan Müəllimlər İnstitutunun
rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin
... Ardı »