Robotları daha az qorxuducu hala gətirmək üçün Bielefed Universitetindən Alman elm adamları yeni bir lahiyə hazırlayıb
Alman mətbuatının yazdığına görə, adı Flobi olan və bir qadına oxşayan robotun baş qisimində 18 ədəd qəbuledici yerləşir. Qəbuledicilərin yanında mikrofon, jiroskop və yüksək keyfiyyətli kamera da var. Bu sayədə dişi robot sizin hərəkətlərinizi anlayır və buna qarşılıq üzündə çaşmış, əsəbi və ya kədərli kimi ifadələr meydana gətirir.
Flobi-nin əsası əslində Simon adlı bir robotdan götürür. Alimlər Simonu xüsusilə, insanları qorxutmaması üçün daha az insana xas olan xüsusiyyətlərlə hazırlaya bilmişdiləri. Ancaq Alman elm adamları Flobi ilə aradakı tarazlığı qurub və ona mimika keyfiyyəti əlavə edərək insanlardakı bu qorxunu daha da azaltmaq istəyirlər.
Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub.
«General Motors» konserni smatrfonlar üçün avtomobili məsafədən idarə etmək məqsədilə yeni əlavə edib. Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub. Proqram sürücüyə telefon vasitəsi ilə maşını işə salmaq, söndürmək, fənərləri idarə etmək, maşını siqnalizasiyaya qoşmaq və s. kimi imkanlar verəcək. Bunun üçün sürücünün avtomobilin yaxınlığında olması vacib deyil. Həmçinin proqram mütəmadi olaraq avtomobildən onun texniki vəziyyəti, yanacağın miqdarı, təkərlərdə təzyiqin səviyyəsi və s. barədə məlumat verir.
Hindistanda dünyanın ən ucuz noutbuku istehsal olunub.
İngiltərə mətbuatının verdiyi məlumata görə, sözügedən noutbuk «touch screen» texnologiyası üzrə hazırlanıb və qiyməti 35 ABŞ dolları təşkil edir. Ucuz noutbuk əsasən tələbələr üçün hazırlanıb. Hindistan dünyanın aparıcı kompüter istehsal edən şirkətləri ilə sözügedən noutbukun kütləvi istehsalına dair danışıqlara başlayıb.
Bununla yanaşı, Hindistan 2011-ci il üçün bu noutbukun qiymətini 20 dollara endirmək niyyətindədir.
Qeyd edək ki, ucuz qiymətə baxmayaraq, bu noutbukda adi noutbukların funksiyalarının çoxu əks olunub.