Hindistanda dünyanın ən ucuz noutbuku istehsal olunub. İngiltərə mətbuatının verdiyi məlumata görə, sözügedən noutbuk «touch screen» texnologiyası üzrə hazırlanıb və qiyməti 35 ABŞ dolları təşkil edir. Ucuz noutbuk əsasən tələbələr üçün hazırlanıb. Hindistan dünyanın aparıcı kompüter istehsal edən şirkətləri ilə sözügedən noutbukun kütləvi istehsalına dair danışıqlara başlayıb. Bununla yanaşı, Hindistan 2011-ci il üçün bu noutbukun qiymətini 20 dollara endirmək niyyətindədir. Qeyd edək ki, ucuz qiymətə baxmayaraq, bu noutbukda adi noutbukların funksiyalarının çoxu əks olunub.
|