5-7 iyul tarixində Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda beynəlxalq konfrans keçirildi. keçirilmişdir. 7 iyul-Biomüxtəliflik üzrə Avropa reqionu nazirlərinin görüşündə nümayəndə kimi biz də iştirak etdik və təşkil edilmiş Beynəlxalq sərgidə "Təbiət məharətlə yaradılmış həyat simfoniyasıdır” layihəsi əsasında hazırladığımız işlər (təqdimatlar, şəkillər, filmlər,...) çox böyük marağa səbəb oldu və yüksək qiymətləndirildi. Humanitar fənlər gimnaziyasının müəllimi (Xacay m.) Zaqatalanın görməli yerləri, təbiəti haqqında hazırladığı albom da konfrans iştirakçılarının çox xoşuna gəldi. Bu tədbir haqqında qısa xülasəni Siz
... Ardı »