Hazırda Ədliyyə Nazirliyinin təqdimatı ilə AMEA-nın alimlərdən ibarət komissiyası ölkə vətəndaşlarının adlarının mənasını araşdırır və "işıqfor" adlı mexanizmə əsaslanaraq həmin siyahını Ədliyyə Nazirliyinə təqdim edəcək", - R. Əliquliyev bildirib. Onun sözlərinə görə, "işıqfor" prinsipinə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bunların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bunları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Uçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bunların qoyulmasına yol verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir if
... Ardı »
Cənubi Koreyanın elektronika istehsalçısı Samsung Electronics Co. şirkətinin 2010-cu ilin II rübündə xalis mənfəəti, ötən ilin həmin dövrü ilə müqayisədə 83% artaraq 3,61 milyard ABŞ dolları təşkil edib.
Cari ilin ikinci rübündə mənfəətin yüksəlməsinə yarımkeçirici və maye kristal displeylərə tələbatın artması təsir göstərib.
Hesabat dövrü ərzində Samsung-un mədaxili 31,95 milyard dollar olub ki, bu ötən ilin ikinci rübündə əldə olunan göstəriciyə ($27,4 milyard) nisbətən 17% çoxdur,
“Microsoft”un rəhbəri Bill Qeyts və “Sun Microsystems” şirkətinin təsisçisi Vinod Hosl yeni ifrat qənaətcil mühərrik yaratmaq niyyətinə düşüblər.
Bu məqsədlə onlar “EcoMotors” şirkətinə 23 milyon dollar sərmayə yatırıblar.
Yeni yaradılacaq mühərrik ənənəvi daxili yanma mühərriklərindən daha yüngül, ucuz və 50% daha qənaətcil olacağı ehtimal edilir. Yanacaq sərfinin azalması ekoloji problemlərin də həllinə kömək edəcək. Yeni mühərrik avtotexnika, traktor və gəmilərdə tətbiq ediləcək.