Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub. «General Motors» konserni smatrfonlar üçün avtomobili məsafədən idarə etmək məqsədilə yeni əlavə edib. Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub. Proqram sürücüyə telefon vasitəsi ilə maşını işə salmaq, söndürmək, fənərləri idarə etmək, maşını siqnalizasiyaya qoşmaq və s. kimi imkanlar verəcək. Bunun üçün sürücünün avtomobilin yaxınlığında olması vacib deyil. Həmçinin proqram mütəmadi olaraq avtomobildən onun texniki vəziyyəti, yanacağın miqdarı, təkərlərdə təzyiqin səviyyəsi və s. barədə məlumat verir.
|