«Başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram».
Ayın 24-ü saat 22.30-dan etibarən Bakinternet Provayderinin müştəriləri İnternetdən istifadə edə bilməyiblər. Bu da istifadəçilər haqlı narazılığına səbəb olub. Xeberler.az saytı da bu problemlə bağlı Bakinternet istifadəçilərinin fikrini öyrənib.
Tural Seyidov (Müəllim) : Mən başa düşürəm, ola bilər ki, nəsə problem çıxıb. Əgər problem varsa, bunu saytda yazsınlar da. Saytda yazmırlarsa, telefonumuza cavab versinlər, camaatı bu qədər dolamaq olmaz axı… Şikayət edəndə deyirlər ki, xoşuna gəlmir işlətmə. Amma pulu hamıdan birinci alırlar. Bu da onların abunəçiyə hörməti.
Elbəy Mustafayev (Tələbə) : Mən artıq bezmişəm Bakinternetin bu oyunlarından, nə qədər olar axı, vAllah adamı peşman
... Ardı »
Artıq internet həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Real mühitdə icra etdiyimiz bir sıra məsələləri də virtual məkanda həyata keçirə bilirik. Bunlarda biri haqqında danışacağımız elektron ticarətdir. Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib. Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrasturukturunun (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələr
... Ardı »