Forma
Ba, 01.12.2024, 07:09Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4331
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » Sentyabr » 26 » Elektron ticarət
16:43
Elektron ticarət

Artıq internet həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Real mühitdə icra etdiyimiz bir sıra məsələləri də virtual məkanda həyata keçirə bilirik. Bunlarda biri haqqında danışacağımız elektron ticarətdir.
Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib.
Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrasturukturunun (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir.
İnternet vasitəsilə həyata keçirilən elektron kommersiya əsasən 4 qrupa bölünür:
1. Məhsul satışı üzrə texnologiyalar (Sale). Buraya istehlakçıdan sorğunun alınması, hesabların yazılması, pul ödənişlərinin göndərilməsi və s. daxildir.
2. Distant satış (post sale) və ixtisaslı kadrların hazırlanması və seçilməsi. Buraya məhsulun onlayn göndərişi, istehlakçıların monitorinqi, marketinq və satış üzrə mütəxəssis seçimi daxildir.
3. Məhsulun hərəkəti və reklamı üzrə marketinq texnologiyaları.
4. Alqı prosesi (purchasing). Buraya mümkün istehsalçıların axtarılması, alqı haqqında razılaşma müqaviləsi, göndərmənin elektron təsdiqlənməsi, satışdan sonrakı texniki kömək göstərilməsi, məhsulun yeni nümunələri və keyfiyyətləri haqqında qarşılıqlı informasiya mübadiləsi daxildir
Dünyada geniş yayılmış elektron üsulla ticarət Azərbaycandan da yan keçməyib.Necə deyərlər, "Qonşuda bişər, bizə də düşər..”
Azərbaycanda "Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da bu sahənin ilkin cücərtiləri yalnız 3 il sonra, yəni 2008-ci ildə özünü göstərməyə başlayıb. Bunun ən əsas səbəblərindən biri internet üzərində ödəmə sisteminin olmaması olub. 2008-ci il dekabrın 2-də isə "SilverKey Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq "Visa” və "MasterCard ” tərəfindən xüsusi lisenziya almış "GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib. Və yalnız bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb.
Artıq Azərbaycanda 17 şirkətdə "GoldenPay” sistemi tətbiq olunur. Bu şirkətlər internet üzərindən ödəmələr qəbul edir və bəlli xidmətlərini internet üzərindən təqdim edirlər. "Bakıelektrikşəbəkə”nin bu sistemi sayəsində 10 minlərlə insan elektrik enerjisi haqqını internet üzərindən ödəyir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da oxşar sistemlə abituriyentlərə xidmət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəzlənib. Bu da elektron ticarət növüdür, predmet isə xidmətdir. "Azərfon” şirkətindən də konturları internet üzərindən almaq olur. "sinta.az” saytını yaradanlar isə "GoldenPay” sistemindən yararlanaraq, faktiki olaraq Azərbaycanda ilk dəfə Skandinaviya auksionu təşkil ediblər,yəni bu gün Azərbaycanda internetin qarşısında oturub "topshops.az”, "aromat.az” saytlarına da daxil olub, insanlar istədikləri malı seçib, əldə edə bilirlər. Onlayn formasında da ödəmə xidməti göstərən şirkətlər də mövcuddur. "Bestkompt”, "NLT Telekom”, "NLİNK”, "NEXUS”, kimi elektron mağazalarda isə həm də kartla da ödəmə etmək mümkündür.

Son vaxtlar ölkəmizdə www.terasell.com adlanan virtual ticarət mərkəzi yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron-ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən, bütün ticarət şirkətlərinin \\Terasell.com\\ platformasında pulsuz şəkildə virtual dükanın açılması üçün imkanlar yaradılır. Tutaq ki, sizin şəhərin gözəl bir yerində mağazanız var. Mağazaya görə Siz ayda 10 minlərlə manat icarə haqqı ödəyir, işçi saxlayır, işıq, qaz, su pulu ödəyirsiz. Lakin Siz bütün bu xərclərə qatlanmadan, ayda cəmi 40 manat "hostinq” pulu ödəyərək yenə də mağaza sahibi ola bilər və öz məhsullarınızı sata bilərsiz, sadəcə bunu virtual yolla etmiş olacaqsız. Elektron mağaza yaratmaq üçün ən yaxşı halda 1500–10000 manat xərc tələb olunur. Ancaq Fəvvarələr bağında boş bir yer alıb, oranı təmir edərək vitrin qurmaq ən azı 50 min xərc tələb edəcək.
Azərbaycanda elektron ticarətə imkan yaradan saytların bir qədər az olmasına baxmayaraq, mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu işə maraq göstərənlər çox olacaq və bu paralel olaraq elektron ticarətin həcmini artıracaq.

Elə mütəxəssislərdən söhbət düşmüşkən bu haqda onların fikirləri ilə də tanış olaq.

İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirdi ki, Azərbaycan "Elektron ticarət” haqqında qanun qəbul edən azsaylı ölkələr sırasındadır: "Bu istiqamətdə müxtəlif normativlər və qaydalar müəyyən edilib ki, elektron kommersiya üçün şərait yaradılsın. Artıq ölkəmizdə e-kommersiyanın təzahürləri görünür.Mağazaların üzərində, şirkətlərin reklamlarında veb-saytların adları nümayiş etdirilir. İnternet vasitəsilə ölkəmizdə xidmət göstərən şirkətlərin saytına daxil olmaqla lazımi məlumatlar əldə etmək olar. Son zamanlar ödəmə əməliyyatlarının həyata keçirilməsi imkanı da yaranıb. Artıq ilk sınaqlar həyata keçirilib. Müxtəlif kommunal xidmətlər üzrə ödənişlərin virtual şəkildə reallaşdırılması,vergi ödəmələrinin elektron formada həyata keçirilməsi və s. üçün real imkanlar mövcuddur.”
Rasim Əliquliyev, həmçinin, ölkədə elektron ticarətin daha geniş yayılmasını əngəlləyən problemləri də dilə gətirdi. Rasim müəllimin fikrincə sözün geniş mənasında, elektron kommersiyası sahəsində başlıca çatışmayan cəhət, ilk növbədə, onun imkanlarının kifayət qədər fəal təbliğ olunmaması və xüsusilə business-to-business sahəsində uğurla həyata keçirilən qərarların kifayət qədər nümayiş etdirilməməsi ilə bağlıdır: "Bu sahədə mövcud problemlər, əsasən, bir çox biznesmenlərin İKT təfəkkürünün zəif olmasından, xüsusən kompüterlə işləmək vərdişlərinin olmamasından irəli gəlir. Həmçinin elektron-ticarət kifayət qədər yeni xidmət sahəsi olduğundan onlar veb-saytların imkanlarını kifayət qədər qiymətləndirə bilmirlər. Bu sahədə kadr çatışmamazlığı da əsas problemlərdən biri olaraq qalır. Ancaq hesab edirəm  ki, bunlar müvəqqəti problemlərdir və yaxın gələcəkdə ölkəmizdə elektron ticarət geniş yayılacaq.”

"SilverKey Azərbaycan” şirkətinin direktoru Fərid İsmayılzadə elektron ticarətin insanlar, şirkətlər və dövlət üçün üstün cəhətlərindən danışdı. "İnsanlara elektron ticarət ilk növbədə konfort bəxş edir. Yəni insanlar artıq digər şəxslərlə və şirkətlərlə münasibətlərini internet vasitəsilə reallaşdıra bilərlər. Məsələn, artıq hər hansı məhsulu əldə etmək üçün saatlarla tıxaclarda qalaraq mağazaya getmək problemi olmayacaq, telefonuna kontur yükləmək üçün bankomat, bank axtarışına çıxmayacağıq və s.
Şirkətlərə isə elektron-ticarət daha az sərmayə ilə daha çox qazanc əldə etmək imkanı yaradır. Artıq mağaza üçün kirayə haqqı yox, onlarla işçiyə əmək haqqı, müxtəlif kommunal xərclər -hamısı aradan qalxır.
Dövlət üçünsə elektron-ticarət şəffaflıq deməkdir, vergidən yayınmamaq deməkdir, iqtisadiyyatın yeni və müasir növü deməkdir. Çünki elektron ticarətin geniş yayıldığı cəmiyyətlərdə iqtisadiyyatın şəffaflığı tam təmin olunur və korrupsiya halları minimuma enir”
"SilverKey Azərbaycan” şirkətinin direktoru dünyada elektron ticarətə vergi tətbiqi ilə təcrübədən də danışdı. O nəzərə çatdırdı ki, əslində real ticarət və elektron ticarətdə əlavə dəyər vergisi məsələsi ilə bağlı ciddi fərq yoxdur: "Tutaq ki, hər hansı məhsul 300 manatdırsa, sayta yazılır ki, ƏDV buna daxildir. Yaxud da yazılır ki, daxil deyil, 300 manat+ƏDV. Yəni istənilən halda ticarət zamanı alıcı ƏDV-ni ödəyir, sonra da satıcı bunu dövlətə ödəyir. Yəni ƏDV ilə bağlı burada qeyri-adi proses yoxdur, elektron ticarət nəyisə dəyişmir. Malı alıcı alsın, sonra da vergi qurumu vətəndaşdan gəlib ƏDV-ni alsın, dünyada belə təcrübə yoxdur. Diqqət indiki mərhələdə əslində elektron ticarəti bütünlüklə vergidən azad etməkdən getməlidir. Bu sahə inkişaf etsin ki, sonra vergi tətbiqi məsələsinə baxılsın. Məsələn,  ABŞ, Avropa ölkələri 10 il, yaxud müəyyən bir müddətdə elektron ticarəti vergidən azad ediblər. Şərait yaradırlar ki, şirkətlər tezliklə elektron ticarətin tətbiqində maraqlı olsunlar. Həm də bu, müştərilər üçün də cazibədardır. Onlar internet üzərindən xidmət və malları ƏDV-siz və daha ucuz ala bilirlər. Məncə bu qaydanı Azərbaycanda da tətbiq etməklə elektron-ticarətin daha da inkişafını təmin etmək olar”

Fərid İsmayılzadə Azərbaycanda elektron ticarətin ilk təşəbbüskarlarından biri olaraq hələ ki, inasanlarda elektron vərdişlər yaratmaq niyyətində olduqlarını bildirdi: "İsanlar ilkin olaraq kommunal, mobil, internet kimi ödəmələrini onlayn həyata keçirəcəklər. Sonra isə yavaş-yavaş internet üzərindən alış-veriş etmək vərdişləri yaranacaq. Bunlar hamısı olacaq, sadəcə bir qədər vaxt lazımdı.”

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov isə elektron ticarətin mənfi tərəflərdən biri kimi istehlakçının sahib olmaq istədiyi məhsula əli ilə toxuna bilməməyini göstərdi, digər tərəfdən, məsələn, internet vasitəsilə aviabiletlərin sifariş edilməsinin əvəzedilməz xidmət növü olduğunu bildirdi. İlkin dövrlərdə istehlakçıların hüquqlarının pozulması ilə bağlı birliyə 200-dən çox şikayət daxil olduğunu söyləyən birlik sədri son 2-3 ay ərzində şikayətlərin sayında kəskin azalma müşahidə edildiyini vurğuladı.
E. Hüseynov,həmçinin, Azərbaycanda Elektron-ticarətlə bağlı qanunda bır sıra boşluqların olduğunu da dilə gətirdi: "İlk növbədə, istehlakçıların hüquqlarını qoruya bilən effektiv müdafiə mexanizmi yox dərəcəsindədir. Bu barədə Milli Məclisə məqsədəuyğun hesab etdiyimiz təklifləri göndərmişik. İnanıram ki, təkliflərimiz müsbət yöndən həllini tapacaq”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə elektron ticarətin ölkəmizdə ilkin inkişaf dövrünü yaşadığını bildirdi. "Bu sahədə müəyyən qanunvericilik bazası yaradılsa da, malların çatdırılması ilə bağlı infrastruktur sistemi hələ tam formalaşmayıb. Azərbaycanda bu gün elektron ticarət üçün tələbat var. Yəni qloballaşma gedir, insanlar dünyaya çıxırlar və inkişaf edən iqtisadiyyat yeni xidmətlər tələb edir.Tələbat var, amma təklif yoxdur. Təklifin olmamasının səbəbi də məhz infrastruktur məsələlərinə bağlıdır.
Ölkəmizdə virtual ticarətin inkişafını əngəlləyən 3 əsas problem mövcuddur. Bunlardan ən ümdəsi, ümumiyyətlə, internetlə bağlı olan problemlərdir. Çünki ölkədə keyfiyyətli internet xidmətləri təmin edilməyib. Bizdə "dial-up”-la ticarət qurmaq mümkün deyil. ADSL istifadəçiləri isə Azərbaycanda 50-60 mindir. Bu da ümumi istifadəçilərin 5 faizidir. Bununla nə ticarət qurmaq olar?!
İkinci mühüm problem vergilərlə bağlıdır. Virtual ticarətlə məşğul olacaq şirkətlər ya az həcmdə vergi ödəməlidir, ya da ilkin dövrlərdə vergidən azad edilməlidirlər. Əgər real bazarda tətbiq olunan vergilər internet dükanlara şamil edilsə, o zaman firmalar virtual satışdan heç bir mənfəət götürə bilməzlər.
Qarşıda duran üçüncü problem isə mentalitet məsələsidir. İnsanlarda nağdı qoyub, nisyəyə qaçmamaq kimi bir xüsusiyyət var. Bununla belə, normal təhlükəsizlik sistemi qurulsa, virtual ticarətin üstünlükləri real ticarətdən qat-qat cəlbedicidir.”
Osman Gündüz, həmçinin, Azərbaycanın Vergilər Nazirliyinin də informasiya texnologiyaları sahəsində xeyli təcrübəsi olduğunu bildirdi: "Azsaylı dövlət qurumlarından biridir ki, İKT-ni daha geniş tətbiq edirlər və resursları da birinci yerdədir.”

Göründüyü kimi ölkədə E-kommersiya texnologiyasının tətbiqi iqtisadiyyatımız üçün geniş imkanlar vəd edir, lakin həmin texnologiyanın yaranacaq yeni şəraitdə daha səmərəli nəticə verməsi üçün müvafiq şərait, qayda, qanun, mexanizm və mühit formalaşdırılmalıdır.
Bölmə: Xəbərlər | Oxunub: 1955 | Daxil edib: ztm | Teqlər: Elektron ticarət | Reytinq: 4.5/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Sentyabr 2010  »
BiİkÜçBeAlBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Ira(62), meydan(28), blake(22)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player