Tural Seyidov (Müəllim) : Mən başa düşürəm, ola bilər ki, nəsə problem çıxıb. Əgər problem varsa, bunu saytda yazsınlar da. Saytda yazmırlarsa, telefonumuza cavab versinlər, camaatı bu qədər dolamaq olmaz axı… Şikayət edəndə deyirlər ki, xoşuna gəlmir işlətmə. Amma pulu hamıdan birinci alırlar. Bu da onların abunəçiyə hörməti.
Elbəy Mustafayev (Tələbə) : Mən artıq bezmişəm Bakinternetin bu oyunlarından, nə qədər olar axı, vAllah adamı peşman edirləree, bir Allah bilir ki, iki gün öncə mən nə qədər əsəb keçirdim. Evə yorğun-arğın gəlirəm. İstəyirəm internetə girib biraz vaxt keçirim, amma bakinternet buna imkan vermir. Mən də belə hallar tez-tez təkrarlanır, şənbə-bazar günləri isə ümumiyyətlə, ən zəif saytı belə açmaq olmur. Bilmirəm nə edim, heç olmasa bizimkilər qonşu Gürcüstana baxsın da, artıq dünyada internet insanların hüququna çevrilir, bizdə isə... Türk demişkən, gözləyək görək kim bu haqsızlığa dur deyəcək.
Faiq Sədiyev (biznesmen) : Nə bilime tək Bakinternet belə deyil ki, bütün provayderlər keflə işləyirlər, istifadəçiləri düşünən var ki? Mən bu yaxınlarda provayderi dəyişəcəm. Mənə bir adam desin ki, hansı provayderi seçim? Özdə ən biabırçı tərəfi odur ki, Bakinternet dövlət provayderidir, o zaman mən özəllərdən nə gözləyim?
Vüsalə Ağayeva (jurnalist) :Artıq 2 ildir ki, Bakinternetin abunəçisiyəm. Həmişə də şikayətlərim çox olub. Göstərilən sürəti almıram. Xəttlərdə tez-tez qırılmalar olur. Zəng eləyib şikayət edəndə ATS provayderin, provayder ATS-in üstünə günahı atır. Əsəbləri korlanan yenə də mən oluram.
Şənbə və bazar günləri isə internetin sürəti lap aşağı yenir, elə bil dial up-la qoşulmuşam. Hava küləkli olanda internet də oynayır, siqnal gah gəlir, gah gedir. Provayder şikayətlərə çox etinasız yanaşır. Marketinq xidmətinə zəng edəndə isə telefonu götürmürlər. Bu provayder abunəçilərin əsəblərini korlamaqla məşğuldur. Mənim isə başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram.