Azərbaycanın 20% orta ümumtəhsil məktəbləri genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulub. Bu haqda Bakıda keçirilən təhsil işçilərinin respublika konfransında təhsil naziri Misir Mərdanov bilidirib. Onun sözlərinə görə əgər 2005-ci ildə orta ümumtəhsil məktəblərində 1000 şagirdə 1 kompüter düşürdüsə, bu gün 20 şagirdə 1 kompüter düşür. Bununla bərabər, əgər 2005-ci ildə orta məktəb müəllimlərinin kompüter texnologiyasını ancaq 21% mənimsəmişdilərsə, 2010-cu ildə bu göstərici 30%-ə çatmışdır. Nazir, həmçinin qeyd etdi ki, Azərbaycanın 20% orta ümumtəhsil məktəbləri genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində kibercinayətkarlıqla mübarizə üzrə qurumun yaradılması nəzərdə tutulur. RİTN-in hüquq və kadrlar şöbəsinin rəisi Bəxtiyar Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda bu mexanizmin yaradılması üzərində işlər aparılır. Onun dediyinə görə, Azərbaycan bu sahə üzrə qanunvericiliyini Avropa Şurası Konvensiyasının tələblərinə uyğunlaşdırmalıdır: "Respublikanın Cinayət Məcəlləsində müvafiq maddələr var ki, kompüter cinayətkarlığının qarşısının alınmasını nəzərdə tutur. Lakin bu, kibercinayətkarlıqda mübarizə üçün çox azdır, ona görə də kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu məsələ ilə bağlı məlumat mübadiləsinin aparılması zəruridir”. Qeyd edək ki, bu sahədə cinayətlərin təhqiqatını aparan Milli Təhlükəsizlik Nazirliyi ilə di
... Ardı »
Gələn qutunuzu dolduran istənməyən e-poçtların böyük bir qisminin arxasında botnet adı verilən qeyri-qanuni sistemlər durur. Botnetlər fərdi kompüterləri ələ keçirib zombi maşına çevirdikdən sonra istənməyən e-poçt göndərmək və ya böyük sistemlərə hücumlar etmək üçün istifadə edir. Botnetlər sanki virtual dünyanın mafiyaları kimi işləyirlər. Viruslarla yayılırlar və günahsız ev istifadəçilərinin kompüterlərini bir kölə kimi istifadə edib, qaranlıq məqsədlərinə alət edirlər. FireEye adlı təhlükəsizlik firmasında çalışan vəzifəli 3 mütəxəssis dünyanın ən təhlükəli 10 botnetin biri olan Mega-D-yi 2 illik əmək nəticəsində məhv edə bildilər. Bu botnet 250 min kompüteri əsir almışdır. İlk olaraq zombi kompüterlərin xəbərləşdikləri ana serverləri təsbit etdilər. Bu serverlərin böyük bir qisminin ABŞ-da, bir dənəsinin İsraildə və bir dənəsinin də Türkiyədə olduğu təsbit edilib. İsra
... Ardı »
Son vaxtlar bu cür məlumatların açıqlığına görə «Facebook» sadə istifadəçilərdən tutmuş ABŞ-da millət vəkilləri və Avropa Birliyi rəsmilərinə qədər hər tərəfdən tənqidlərə məruz qalırdı. Əsas tənqid mövzusu isə odur ki, «Facebook» 500 milyon nəfərə yaxınlaşan istifadəçilərinin şəxsi məlumatlarını reklamçılardan, internet cinayətkarlarından, lap elə başqa adi internet istifadəçilərindən qoruya bilmir. Başqa sözlə, Sizin «Facebook»dakı şəxsi məlumatlarınızdan, hətta şəklinizdən kimin ağlına necə gəlsə, o cür də istifadə edə bilər.
DƏYİŞİKLİKLƏR ÜÇ SAHƏNİ ƏHATƏ EDİR İndi «Facebook» şirkətinin rəsmiləri bu tənqidlərə cavab olaraq keçən i
... Ardı »
Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir: «Bununla yanaşı Azərbaycanda bir neçə istiqamətdən gələn internetin dayanıqlığı təmin olunur və hazırda sürətin 12-14 Qbit çatdırılmasına dair işlər aparılır. Bu sürət Azərbaycandakı internet operatorlarına qonşu ölkələrə də internet xidməti göstərməsinə imkan yaradır».
İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan "Facebook" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır. Siyahıda irəliləmə müşahidə olunub, çünki son üç ayda ( iyulun 1-dən sentyabrın 1-dək) 29 460 əlavə azərbaycanlı "Facebook"a qoşulub və bu göstərici ilə 14.46 % çoxalmağa doğru inkişaf tempi qeydə alınıb. Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir. Çünki onlar ümumi ölkə üzrə istifadə edənlərin 48%-ni təşkil edirlər. Maraqlı cəhət bundan ibarətdir ki, yaşı 65-dən çox olan azərbaycanlılar "Facebook"da 1% təşkil edirlər. Sosial şəbəkənin ölkədəki daxilə enmə nüfuzu 0% -lə qiymətləndirili
... Ardı »