Azərbaycanın 20% orta məktəbləri internetə qoşulub
Azərbaycanın 20% orta ümumtəhsil məktəbləri genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulub. Bu haqda Bakıda keçirilən təhsil işçilərinin respublika konfransında təhsil naziri Misir Mərdanov bilidirib. Onun sözlərinə görə əgər 2005-ci ildə orta ümumtəhsil məktəblərində 1000 şagirdə 1 kompüter düşürdüsə, bu gün 20 şagirdə 1 kompüter düşür. Bununla bərabər, əgər 2005-ci ildə orta məktəb müəllimlərinin kompüter texnologiyasını ancaq 21% mənimsəmişdilərsə, 2010-cu ildə bu göstərici 30%-ə çatmışdır. Nazir, həmçinin qeyd etdi ki, Azərbaycanın 20% orta ümumtəhsil məktəbləri genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulub.