Forma
Ba, 01.12.2024, 06:50Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4331
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » Sentyabr » 8 » Dünyanın ən populyar sosial şəbəkəsi olan «Facebook» istifadəçilərinin şəxsi məlumatlarını qoruyan sistemi təzələyir.
22:44
Dünyanın ən populyar sosial şəbəkəsi olan «Facebook» istifadəçilərinin şəxsi məlumatlarını qoruyan sistemi təzələyir.
 
Son vaxtlar bu cür məlumatların açıqlığına görə «Facebook» sadə istifadəçilərdən tutmuş ABŞ-da millət vəkilləri və Avropa Birliyi rəsmilərinə qədər hər tərəfdən tənqidlərə məruz qalırdı. Əsas tənqid mövzusu isə odur ki, «Facebook» 500 milyon nəfərə yaxınlaşan istifadəçilərinin şəxsi məlumatlarını reklamçılardan, internet cinayətkarlarından, lap elə başqa adi internet istifadəçilərindən qoruya bilmir. Başqa sözlə, Sizin «Facebook»dakı şəxsi məlumatlarınızdan, hətta şəklinizdən kimin ağlına necə gəlsə, o cür də istifadə edə bilər.

DƏYİŞİKLİKLƏR ÜÇ SAHƏNİ ƏHATƏ EDİR
İndi «Facebook» şirkətinin rəsmiləri bu tənqidlərə cavab olaraq keçən ilin dekabrından bəri şəxsi məlumatların qorunması sistemini dəyişdiklərini deyirlər. Şirkətin İcraçı Direktoru Mark Zukerberq mayın 26-da Kaliforniyada keçirdiyi mətbuat konfransında dəyişiklərin əsasən üç sahəni əhatə etdiyini deyib:
- Eşitdiyimiz birinci məsələ o idi ki, bizə deyirdilər adamlara öz şəxsi informasiyalarının yayılmasına nəzarət edə bilmək üçün sadə yol təklif edilməlidir. Biz bu fikirlərlə razılaşmışıq və onun həyata keçirilməsi üçün üç sahədə tədbirlər görülüb. Birincisi, biz ayrıca sadə bir nəzarət sistemi tətbiq etmişik. Həmin sistemlə adamlar öz şəxsi məlumatlarının «Facebook»da necə, konkret kimlər arasında yayılıb-yayılmamasına özləri qərar verir, buna «Facebook»un icraçı direktoru Mark Zukerberq
da nəzarət edirlər. «Facebook»un icraçı direktoru Mark Zukerberq Bunun üçün əvvəlki
qaydaları tam dəyişməmişik, sadəcə olaraq ora öz məlumatlarının yayılması üzərində nəzarət imkanı verən sadə sistem əlavə etmişik.
Zukerberq deyir ki, hər kəs bu yeni sistemin köməyi ilə «Facebook»dakı məlumatlarını dostlarından başqa üçüncü tərəfin görməsinin qarşısını ala bilər. Yəni, əgər istəmirsinizsə, bu sistemdən istifadə etməklə dostunuzun dostlarının Sizin məlumatlara baxmasının qarşısını ala bilərsiniz.

İSTİFADƏÇİ MƏLUMATI AZALDILIB
Zukerberq bildirir ki, edilən ikinci dəyişiklik istifadəçilər haqqında ümumi məlumata girişin məhdudlaşdırılmasıdır. Üçüncü dəyişiklik isə istifadəçi haqqında məlumatların azaldılmasıdır. Əvvəllər «Facebook»da istifadəçilər haqqında 50-yə yaxın şəxsi məlumat yerləşdirilə bilirdi. İndi onların sayı 15-ə endirilib.
İndi rəhbərlik bildirir ki, kim onun məlumatlarından dostu olmayan başqa adamların, reklam şirkətlərinin, yaxud hansısa kriminal qrupların istifadə etməsini istəmirsə, «Facebook»da yeni yaradılan texniki imkandan istifadə etməklə öz məlumatlarını qoruya bilər. Amma bunun üçün də «Facebook» yeni imkandan istifadə etməyi üzvlərinə başa salmalıdır.
2009-cu ildə şirkətin reklamdan gəlirləri 500 milyon dollarla 650 milyon dollar arasında olub
Avropadakı «Facebook» istifadəçilərindən biri olan Sabrina Drevsfeltt AzadlıqRadiosuna bildirib ki, şəxsi məlumatlarının yayılmasına nəzarəti əlində saxlamaq üçün yeni sistemdən istifadə etmək ona çox çətin görünür:
- Mən öz məlumatlarımı mümkün qədər bağlı saxlamağa çalışıram. Amma yenə də düşünürəm ki, məhz hansı məlumatların yayılıb-yayılmadığına nəzarət etmək olduqca çətindir.

TELEFON NÖMRƏMİ QEYD ETMİRƏM
Bizimlə söhbət edən Azərbaycandakı «Facebook» istifadəçiləri də şəbəkənin yeni imkanlarından elə dekabr ayından istifadə etdiklərini deyirlər. Amma Orxan Kərimov bildirir ki, o, hər ehtimala qarşı, hər şeyi də «Facebook»dakı səhifəsinə yazmır:
- Məsələn, hansı universitetdə oxuduğumu, e-mail ünvanımı yazıram. Amma məsələn, telefon nömrəmi qeyd etmirəm. Ümumiyyətlə, «Facebook»da dəyişikliklər tez-tez edilir, yaxşı olardı ki, sistemi bir dəfə qaydaya salardılar ki, hər dəfə yeni dəyişikliklərə öyrəşmək problem yaratmasın.
«Facebook» şirkətinin icraçı direktoru Mark Zukerberq isə mayın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, şəxsi məlumatların yayılmasına hər kəsin özünün nəzarət edə bilməsi üçün yaradılan yeni qaydaları qarşıdakı həftələrdə üzvlərinə daha sadə yollarla başa salmağa çalışacaqlar.
ABŞ-ın Kaliforniya ştatında qeydiyyatdan keçmiş «Facebook» şirkəti gəlirləri haqqında da məlumat vermir. Amma bu bazarda təhlillərlə məşğul olan ekspertlərin qənaətinə görə, 2009-cu ildə şirkətin reklamdan gəlirləri 500 milyon dollarla 650 milyon dollar arasında olub.
Bölmə: Xəbərlər | Oxunub: 921 | Daxil edib: ztm | Teqlər: Avropa Birliyi | Reytinq: 2.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Sentyabr 2010  »
BiİkÜçBeAlBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Ira(62), meydan(28), blake(22)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player