Bu bölmədə əsasən “Əks-Səda” Tələbə İctimai Birliyi üzvlərinin hazırladıqları materialların yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bu birlik Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının tələbələrini əhatə edir.
--- İslamda oruc Allaha elə bir ibadət əməlidir ki, insan Allahın buyruğunu yerinə yetirmək üçün özünü sübh azanından gün batana qədər orucu batil edən şeylərdən saxlaır, dünya ləzzətlərindən cəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü ancaq Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt Şeytan onun qəlbinə yol tapa bilmir. Həzrəti Peyğəmbər Salavatullah buyurmuşdur: "Elə ki Ramazan gəldi, Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar".