Forma
İk, 19.03.2024, 09:18Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Sayt haqqında informasiya


Bu saytın müxtəlif metodik işlər görməyə, müəllim, valideyin, şagird, təhsillə bağlı müəssisələrlə təcrübə mübadiləsi etməyə, ideyaları bölüşməyə, forumlar, telekörpü yaratmağa və s. imkan verəcəyinə ümid edirik. İKT-nin təhsilə (elektron məktəb layihəsi) geniş inteqrasiyasına, müxtəlif fənlərin inteqrativ, oyunlardan, təqdimatlardan, filmlərdən istifadə etməklə tədris olunmasına azacıq da olsa yardım edəcəyinə inanırıq. Müxtəlif fənn müəllimlərinin birgə işi belə bir layihənin həyata keçirilməsini təmin edə bilər.

Buna görə də Sizi əməkdaşlığa dəvət edirəm.

Saytda istifadəçilər üçün müxtəlif xidmətlər (forum, bloq, göndərişlərin yaradılması, fayl mübadiləsi, materiallara şərh, reytinqin verilməsi və idarə edilməsi) nəzərdə tutulmuşdur. Həmin xidmətlərdən istifadə xüsusiyyətlərinə, təqdim edilən materialın aktuallığı, vacibliyi, təqdimedilmə forması, digər istifadəçilər tərəfindən qiymətləndirilməsi və s. parametrlərinə, ranqına (rütbəsinə) görə istifadəçilər müxtəlif qruplara bölünür və saytda administrator, moderator, avatarlar tərəfindən müxtəlif səviyyələrdə idarə edilir. İstənilən səviyyəli İstifadəçi üçün fəaliyyət şərtləri müəyyən səviyyəyə qalxdıqca administrator və ya özündən yuxarı səviyyəli istifadəçi tərəfindən dəyişdirilə bilər. Bu haqda məlumatı FAQ-dan ala biləcəksiniz. Qeyd etdiyimiz kimi, işlədikcə gördüyü işin keyfiyyətinə, daxil etdiyi materialların çəkisinə və s. görə istifadəçinin ranqı yüksəlir, materiallardan istifadə və materialdaxiletmə dərəcəsi dəyişir. İstənilən səviyyəli istifadəçi hər hansı problemlə bağlı özündən yüksək səviyyəli istifadəçiyə müraciət edə bilər. Ümid edirik ki, bu, istifadəçilərin zaman keçdikcə daha yüksək səviyyəyə qalxmasına imkan yaradacaq və İnternet resurslardan istifadəetmə səviyyəsini yüksəldəcək.
Rayonumuzda istedadlı müəllimlər, gənclər az deyil. Ucqar dağ rayonunda, Dağlar qoynunda cənnət kimi bir məkanda yaşadığımız üçün texniki problemlər (İnternetdə informasiya mübadilə sürətinin zəifliyi və s.) işimizi nə qədər ləngitsə də bu sayt vasitəsilə bəzi işləri görə biləcəyimizə inanırıq!

Paylaşmaq həvəsi.

Elə insanlar vardır ki, onlar qarşılarına çıxan hər imkanı müdrikliklə qiymətləndirərək tədricən, lakin əminliklə irəliyə doğru fəaliyyət göstərir. Belələri həmçinin ətrafdakılara şərait yaradaraq onları həvəsləndirirlər.
Gəlin, belə insanlara oxşamaq arzusu ilə fəaliyyət göstərək.

Dünya tarixi təcrübəsi göstərir ki, dövlətlə vətəndaş cəmiyətinin münasibətlərində heç vaxt tam harmoniya olmamışdır. Yalnız hakimiyyətlə vətəndaş arasında qarşılıqlı hörmət, işgüzar qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru uğurlu hərəkət mümkündür. Uzun sürən bu tarixi yolda Respublikamız qətiyyətli addımlarını atır. Biz bu addımların uğuruna, xoşbəxt gələcəyimizə inanırıq! Çünki bizim ömrünü xalqına həsr etmiş, dünya şöhrətli, Müsəlman aləminin qüruru, Türk dünyasının böyük oğlu,... olan Prezidentimiz olub! Çünki Ulu öndərin Yeni Azərbaycan arzularını həyata keçirən, dünya dövlətləri arasında öz imzası olan müstəqil Azərbaycanımızın daim qüdrətlənməsinə təminat yaradan,... layiqli davamçısı var! Həm də bu torpağın işgüzar, bacarıqlı, vətənpərvər, qədirbilən, zəhmətsevər,...övladları var! Bu yolda əməyini, biliyini əsirgəməyənləri Allah qorusun!

Ulu Tanrı hamımızın yardımçısı olsun!

Çox təmkinli, özü ilə bərabər qızını da bizə köməyə gətirən Hamaz müəllim, sağ əlimiz, öyrənmə və paylaşma həvəsi çox yüksək olan Hafiz müəllim, ən kiçik, inadkar, “qızımız” hesab etdiyimiz Xavər müəllimə, “45”-çilərə daxil olmasa da son vaxtlar tanıdığımız və çox bəyəndiyimiz, özü musiqi müəllimi olsa da kompüterlə işləməyə həddindən artıq həvəsi olan “İntel”-çi Hacı İradə müəllimə, kompüter vasitəsilə ilahiyyatdan dərs keçmək arzusunda olan, Qurani-Kərimin möcüzələrindən danışmaqdan yorulmayan ədəbiyyatçı, ilahiyyatçı Məşədi Fatimə müəllimə, ilk günlərdə mausdan istifadə etməyi belə bacarmayan, kompüterdən, Cavanşir müəllimin zəhmindən “qorxan”, indi isə özü həmkarlarına müəllimlik edən, balaca uşaqlar kimi dəcəl, “çoxdanışan”, hər şeyə rəğmən çox sevdiyimiz “45”-çilər, Sizi əməkdaşlığa, yeni layihələrlə birgə işə dəvət edirik. Sürprizlərimiz olacaq. Bu dəfə virtual məkanda o zaman olduğu kimi səmimi, gözəl bir kollektiv, ailə yaratmaq arzusu ilə yola çıxmışıq. Şərəfli olduğu qədər də ağır və əziyyətli bir yola. Ümid edirik ki, bu yolda yorulsaq belə, əvvəllər olduğu kimi sevə-sevə hər çətinliyə dözəcək və bir-birimizə kömək edəcək, Zaqatala müəllimlərinin yenə də öncüllərdən olmasına çalışacağıq!

Yolumuz açıq, işıqlı, uğurlu olsun!
Axtar

************************

************************
Təqvim
«  Mart 2024  »
BiİkÜçBeAlBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: vuqu(44)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player