Forma
Be, 26.04.2024, 03:22Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Məqalələrimiz [1]
Təhsillə bağlı [10]
Asudə vaxtın təşkili ilə bağlı [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Məqalələrim » Təhsillə bağlı

Fəal dərs
Fəal dərsin mərhələləri

1. Motivasiya (problemlərin qoyulması, fərziyyələrin irəli sürülməsi)
2. Təqdiqatın aparılması (fərziyyələri yoxlamaq üçün faktların axtarılması) 
3. Məlumat mübadiləsi (əldə edilmiş məlumatların təqdim olunması)
4. Məlumatların müzakirəsi və təşkili (məlumatın müzakirəsi,  təsnifi,    əlaqələndirilməsi) 
5. Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olub-olmaması haqda nəticənın çıxarılması)
6. Produktiv  (yaradıcı) tətbiq etmə
7. Qiymətləndirmə və ya Refleksiya (hər mərhələdə aparıla bilər)
 
 
Nəticə:

1. Tədqiqat sualı və fərziyyələr 
2. Tədqiqat işləri 
3.Məlumat mənbələri -- müzakirə materialı 
4. Təşkil olunmuş məlumat 
5. Əldə edilmiş bilik (ümumiləşdirmə) 
6. Biliyi tətbiq etmə yolları və təcrübəsi 
7. Özünüqiymətləndirmə vərdişi, öyrənməyin qaydalarının mənimsənilməsi, müstəqil öyrənmə vərdişi

 
Fəal dərsin quruluşu
 
1.Motivasiya(problemin qoyulması,fərziyyələrin irəli sürülməsi)
2.Tədqiqatın aparılması(fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların,faktların axtarılması vı toplanılması)
3.Məlumat mübadiləsi (əldə edilmiş məlumatların təqdim olunması)
4.Məlumatın müzakirəsi və təşkili (məlumatın müzakirəsi,təsnifi,əlaqələndirilməsi)
5.Nəticələrin çıxarılması(nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması)
6.Produktiv (yaradıcı)tətbiq etmə
7.Qiymətləndirmə və ya Refleksiya(hər mərhələdə aparıla bilər)
 
 
Ənənəvi dərsin quruluşu

1.Ev tapşırığının yoxlanılması
2.Öyrənilən mövzuların sorğusu(frontal və fərdi sorğu)
3.Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)
4.Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
5.Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
6.Reproduktiv(təkraredici) tətbiq etmə
7.Qiymətləndirmə
 
 
 1. Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?
 
Problemi qoymaq üçün sual və ya tapşırıq verilir - yönəldici suallar təklif olunur- tədqiqat sualı çıxarılır-fərziyyələr irəli sürülür.
 
2.Fəal dərsin birinci elementi olan motivasiyanı həyata keçirmək nə üçün lazımdır? 
 
Motivasiya-dərs ərzində şagirdin idrak fəallığına təkan verən prosesdir və dərsin vacib komponentidir.  Onun yaradılması və  hıyata keçirilməsi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə həyata keçirilməsindən asılıdır.
 
3.Dərsdə tədqiqat sualının hansı rolu var?
 
Şagirdin qarşısında problem qoyulursa, o zaman onda idrak fəallığı yaranır.
 
4. Motivasiyanı yaradan daha hansı amillər var?
 
  -Müxtəlif fərziyyələri yaradan problem situasiya;
 
  -Obyektin xüsusiyyətləri (qeyri-adilik,  sərbəst düşüncə və maraq yaradan);
 
  -Tədqiqat imkanının olması;
 
  -Yaradıcılıq  imkanının  olması.
 
Motivasiya-hər hansı bir fəalliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir- təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir
Motivasiya qismində ortaya gətirilmiş problemin həlli tələbatı çıxış edir.


Motivasiyanın  yaradılması  yolları.

Təklif  edilən  təsnifat  müxtəlif  ola  bilər.  Lakin  təlimçi  iştirakçıları aşağıdakı  təsnifatın çıxarılmasına  yönəltməlidir:  
Motivasiyanın  yaradılmasının  bütün  mümkün  yollarını  3  əsas  qrupa  bölmək  olar:
1. Rəmzi (simvolik) materialın  şərhi (bu,  rəsm,  foto-şəkil,  simvol,  təranə (melodiya),  ədəbi  əsərdən  parça,  əşya,  rəvayət,  tapmaca,  qrafik,  sxem  və  s.  ola  bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: "bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz  mövzuya  nə  kimi  aidiyyatı  var?

2.Sual  verməyə  həvəsləndirmə.   Təfəkkür  prosesini aktualllasdiran suallarin 3 novü movcuddur

IÖtrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləsdirən suallar:
"...haqqında biz nəyi bilirik və nəyi bilmirik?  ...haqqinda daha nələri bilmək istərdik ?"   Sual  vermə  zamanı  müəllim  fasilitasiyanın  köməyi ilə  sagirdlərin  təfəkkkürünü  lazım  ıməcraya  yönəldir. Suallar  verilib qurtardıqdan sonra onların arasından  mövcud tədqiqata uyğun olanlarını secib ayırırlar. Müəllimə yalnız bu qalır ki, t ədqiqat sualıı  dəqiqləsdirmək üçün  şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
Açıq suallar yəni iki və daha çox cavab varianti olan suallardan istifadə olunur. 
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (acar sozlər: xassələr,  xüsüsiyyətlər, funksiya,  növlər,  tiplər, rol,  əhəmiyyət, səbəb, əlaqə,  qarşıllqlı əlaqə,  qüsür və üstunluk,   struktur,  qayda və s.)                          3.Problemlərin müxtəlif yollarla həll edilməsi (məsələn,  müxtəlif yollarla  təsnif  edilməsi,. məsələnin muxtəlif üsullarla ugurlu həlli yaxud həlli imkaniı,  hansisa hadisənin bir necə bərabərdəyərli səbəbinin olması).

İş vərəqlərinin hazırlanması üçün məsləhətlər:

1. Dərsin məqsədini dəqiqləşdirmək:
dərsin mövzusuna, məzmununa aid olmalı,
hansı bilik, bacarıq və vərdişlər formalaşdırılmalıdır (məs., təfəkkür, yaradıcılıq qabiliyyəti, müstəqil iş qabiliyyəti, elmi-tədqiqat vərdişləri, estetik qavrayış və s.).
2.Müxtəlif növlü tapşırıqlar seçmək.


 
 
 
 
    
Bölmə: Təhsillə bağlı | Daxil edib: Sweet_Heart (15.10.2010)
Oxunub: 8305 | Teqlər: Fəal dərs | Reytinq: 3.7/7
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player