Bu bölmədə əsasən “Əks-Səda” Tələbə İctimai Birliyi üzvlərinin hazırladıqları materialların yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bu birlik Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının tələbələrini əhatə edir.
İKT-dən istifadə etməklə fənlərin inteqrativ tədrisi.
İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və bütünlükdə dünyada baş verən ciddi dəyişikliklər təhsilin məzmununda, təşkilində, strukturunda da adekvat dəyişikliklərin aparılmasını, dövrün tələbinə müvafiq səmərəliliyin və keyfiyyətin təmin olunmasını tələb edir.
Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və irəlidə gedənlərin sırasında olaq.