Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, ″Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti.
Amerikada yaşayan Lütfi Zadə -- azərbaycan əsillı böyük alim, qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab olunur.
Lütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə idi. Artıq xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.
Azərbaycanin dahi alimlərindən biri olan LUTFIZADƏ haqqinda(1-ci hissə)
Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsinə qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız ağ və ya qara rəngdə qavrayırdı.