Azərbaycan, sənsən mənim ülviyyətim, şan-şöhrətim,
Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim!
Dünya tarixi təcrübəsi göstərir ki, dövlətlə vətəndaş cəmiyətinin münasibətlərində heç vaxt tam harmoniya olmamışdır. Yalnız hakimiyyətlə vətəndaş arasında qarşılıqlı hörmət, işgüzar qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru uğurlu hərəkət mümkündür. Uzun sürən bu tarixi yolda respublikamız qətiyyətli addımlarını atır. Biz bu addımların uğuruna, xoşbəxt gələcəyimizə inanırıq! Çünki bizim ömrünü xalqına həsr etmiş, dünya şöhrətli, Müsəlman aləminin qüruru, Türk dünyasının böyük oğlu,... olan Prezidentimiz olub! Çünki Ulu öndərin Yeni Azərbaycan arzularını həyata keçirən, dünya dövlətləri arasında öz imzası olan müstəqil Azərbaycanımızın daim qüdrətlənməsinə təminat yaradan,... layiqli davamçısı var! Həm də bu torpağın işgüzar, bacarıqlı, vətənpərvər, qədirbilən, zəhmətsevər,... övladları var!
Bu yolda əməyini, biliyini əsirgəməyənləri Allah qorusun!
Ulu Tanrı hamımızın yardımçısı olsun!
|