Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur.
"300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.
Onun sözlərinə görə, 2010-cu ilin sonunadək AZEDUNET-ə daha 500 təhsil müəssisəsi qoşulacaqdır. Bununla yanaşı, bu müəssisələr 50-dən çox şəhər və şəhərətrafı qəsəbələri əhatə edəcək.
|