Müxtəlif sosial şəbəkələrdə vaxtlarını keçirən işçilər Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gəlir. MyJobGroup.Co.Uk resursu tərəfindən Böyük Britaniya əhalisi arasında aparılmış qeyri-adi sorğu nəticəsində məlum olunub ki, əməkqabiliyyətli əhalinin təxminən 6 faizi (2 milyona yaxın insan), işdə olarkən gün ərzində bir saat vaxtlarını sosial onlayn-media resurslarına həsr edir. Potensial olaraq əməkdaşların iş vaxtının bu cür sərf etməsi Britaniya şirkətlərinə təxminən 14 milyard funt sterlinqə (22,16 milyard ABŞ dolları) başa gəlir. Sorğu iştirakçılarının yarısından çoxu (55 faizi) iş vaxtında sosial şəbəkələrdən istifadə etdiklərini etiraf ediblər. Bu zaman, sosial şəbəkələrdə fotoşəkil və video-çarxların yerləşdirilməsi, anketlərin tərtib olunması və yenilənməsi, eləcə də bu kimi digər əməliyyatlar onların iş məhsuldarlığına
... Ardı »
Azərbaycan mobil operatoru olan Bakcell şirkəti Zaqatala və Lənkəran şəhərlərində yeni BakcellIM Satış və müştəri xidmətləri mərkəzləri açıb. Açılış mərasimlərində Bakcell şirkətinin əməkdaşları ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də yaxınlıqdakı rayonlarının diler heyəti iştirak edib. Digər mərkəzlər kimi bu BakcellIM mərkəzləri də Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.