Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur.
"300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.
Press-reliz: “Elektron məktəb” layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektiv şəkildə qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur. Bu haqda Azərbacan Təhsil Şəbəkəsinin (AzEduNet) rəhbəri Səməd Abbasov bəyan etdi.
“Elektron məktəb” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində reallaşdırılır. Sözügedən layihə çərçivəsində AzEduNet ən qabaqcıl Cisco texnologiyalarını tətbiq edir. Məktəblər şəbəkəyə fiber-optik kabel ilə qoşulur. Məktəblərdə Cisco avadanlığı və videozəngli İP-telefoniya sistemi quraşdırılır.
Onun sözlərinə görə, əvvəl şəxsi kommunikasiyalar üçün nəzərdə tutulmuş videozəng funksiyasını bir çox müəllimlər məktəblər arası videokonfransların təşkili üçün istifadə edirlər. Ona görə də müəllimlərin videotexnologiyalara olan marağını nəzərə alaraq AzEduNet bu il tədris prosesində keyfiyyətli videonun (SD/HD/FullHD) geniş şəkildə ist
... Ardı »
2010-cu ilin avqust ayından etibarən, Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, Azerfon-Vodafone-un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur.
Azerfon şirkətinin İdarə Heyətinin sədri Cüneyt Türktan: «Azerfon-Vodafon-un 3G texnologiyası əsasında təqdim etdiyi xidmətlərə müştərilərin dayanmadan artan marağını nəzərə alaraq, biz bu şəbəkənin əhatə dairəsini Lənkəran, Quba və Xaçmaza da genişləndirməyi qərara aldıq. Biz bilirik ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı xeyli yüksəkdir. Get-gedə, daha çox insanlar 3G xidmətlərini dəstəkləyən telefonlar vasitəsi ilə İnternetdən istifadə edirlər, və məhz bu səbəbdən hazırda Azerfon-Vodafon-un xidmətləri g
... Ardı »