Hörmətli müəllimlər, Microsoft
Innovative Educator Expert – MIE Expert (Microsoft-un İnnovativ Ekspert
Müəllimi) proqramı haqqında ətraflı məlumatla tanış olun.
MIE Expert kimi seçilmiş müəllimlər 1
illik proqramın iştirakçısı olur və bu il ərzində çeşidli vəsait və
dəstəyə çıxış əldə edirlər:
- Microsoft Partners in Learning Global Forum-una (Microsoft-un Təhsildə
Əməkdaşlıq Qlobal Forumu) dəvətnamə. Forum 2014-ci il mart ayında
İspaniyanın Barselona şəhərində keçiriləcək və dünya səviyyəsində
seçilmiş MIE Ekspertlərin təcrübə mübadiləsi məqsədi daşıyacaq.
- Müəllimlər üçün ən son Microsoft texnologiyaları.
- Dünyanın təhsil liderlərindən məsləhətlər.
- Dünya təhsil icması ilə əməkdaşlıq.
MIE Expert proqramında iştirak şərtləri:
- İştirakçı hal-hazırda işləyən ümumtəhsil məktəbin istənilən fənn müəllimi olm
... Ardı »
Bu gün gələcəyə qoyulmuş ən böyük sərmayə bacarıq və bilikləri özündə cəmləşdirən insan kapitalıdır.
Bu məqsədlə dövlətlər yatırımları təhsil və ixtisas hazırlığına
yönəltməyi daha üstün tuturlar. Xüsusən də texnologiyalar,
innovasiyaların sürətli inkişaf dönəmində insan kapitalının
formalaşdırılması başlıca məqsədlərdəndir. Beynəlxalq təcrübəyə
əsaslanan Azərbaycan da qarşıdakı illərdə informasiya texnologiyaları
mütəxəssislərinin hazırlığını prioritet istiqamətlərinə daxil edib. Bu
günlərdə isə bu məqsədə aparan yolu qısaldan, həmçinin onun daha yaxın
zamanlarda gerçəkləşməsinə təkan verən sərəncam imzalanıb.
İnformasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik
kadr potensialının formalaşdırılmasını təmin etmək üçün verilən bu
sərəncamla növbəti tədris ilindən ali məktəblərimizin sırasına daha bir
universitet əlav
... Ardı »
Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları
Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-Kommunikasiya
Texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına
uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın
müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə
genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu
istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının
formalaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İnf
... Ardı »
Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün
birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə
münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir.
Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara,
ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu
gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir,
bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan
işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".
Dövlət başçısı bildirib ki, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində
mümkün olub. Bu
... Ardı »
Azərbaycan xalqını ilk süni peykin orbitə çıxması münasibəti
ilə təbrik edirik. İnanırıq ki, bu tarixi hadisə təkcə İKT sahəsində deyil, digər istiqamətlərdə də daha böyük
uğurlara yol açacaq!
AzeriCard Prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankı ilə birgə Virtual ödəmə kartının SMS vasitəsi ilə dərhal əldə olunması imkanını yaradıblar. Virtual kartını almaq üçün YENİ valyuta (AZN/USD/EUR), məsələn YENİ AZN, komandasını 7111 qısa nömrəsinə göndərilir və internet vasitəsi ilə alış-veriş aparmaq üçün VİSA və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur. Həmin kart istər Azerbaycanın istərsə də xarici internet səhifələrdə istifadə oluna bilər. Ani Virtual kartını hədiyyə etmək də olar. Bunun üçün HEDİYYE mobil telefonun nömrəsi valyuta (AZN/USD/EUR), məsələn HEDIYYE 0501234567 AZN. Bunu da qeyd etmək lazımdır ki, bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda 3 kart sifariş edə bilərsiniz. Virtual Kart 1 il müddətinə buraxılır. Kartın qiyməti ayda 0.99 AZN. Kartın balansını artırma
... Ardı »
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf
günüdür. Xalqımız bu faciədə
həyatdan getmiş övladlarına matəm saxlamaqla
bərabər, eyni zamanda onların şəhidlik
zirvəsinə baxaraq başını dik tutmalıdır.
Çünki Vətən və torpaq şəhidləri
ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 22-cü
ildönümüdür. 22 il öncə Azərbaycan
xalqının taleyində də nəhs və qorxunc
günlər yaşanırdı. Xalqımız qırmızı
imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının
zoruna məruz qalmışdı. Xalqımız təcavüzə
uğramış, günahsız insanlar gülləbaran
edilmiş, milli heysiyyatımız tankların tırtılları
altına atılmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq,
onun milli oyanışını, torpaq (Qarabağ)
uğrunda mübarizliyini məhv edib sındırmaq
məqsədi daşıyan mənfur planın tərkib
hissəsi idi. ...1990-c
... Ardı »
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "1 şagird – 1 kompüter"
müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. "ICTnews" elektron xəbər
xidmətinin TN-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş
təhsilin formalaşdırılmasından ibarətdir.
Qeyd edək ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi
təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il
keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə
təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və
qaliblər mükafatlandırılacaq.... Ardı »