Hörmətli müəllimlər, Microsoft
Innovative Educator Expert – MIE Expert (Microsoft-un İnnovativ Ekspert
Müəllimi) proqramı haqqında ətraflı məlumatla tanış olun.
MIE Expert kimi seçilmiş müəllimlər 1
illik proqramın iştirakçısı olur və bu il ərzində çeşidli vəsait və
dəstəyə çıxış əldə edirlər:
- Microsoft Partners in Learning Global Forum-una (Microsoft-un Təhsildə
Əməkdaşlıq Qlobal Forumu) dəvətnamə. Forum 2014-ci il mart ayında
İspaniyanın Barselona şəhərində keçiriləcək və dünya səviyyəsində
seçilmiş MIE Ekspertlərin təcrübə mübadiləsi məqsədi daşıyacaq.
- Müəllimlər üçün ən son Microsoft texnologiyaları.
- Dünyanın təhsil liderlərindən məsləhətlər.
- Dünya təhsil icması ilə əməkdaşlıq.
MIE Expert proqramında iştirak şərtləri:
- İştirakçı hal-hazırda işləyən ümumtəhsil məktəbin istənilən fənn müəllimi olmalıdır;
- İştirakçı tədris keyfiyyətini artırmaq üçün texnologiyalardan yenilikçi üsullarla istifadə etməlidir;
- İştirakçı tədris prossesini şagirdlərdə 21-ci əsr bacarıqlarını inkişaf etdirəcək üslubla təşkil etməlidir;
Proqram bir necə mərhələdən ibarət olacaq:
1. Partners in Learning Şəbəkəsinə (www.pil-network.com) qoşulub (qeydiyyatdan keçib) istifadəçi profilini yaratmalıdır.
2. Proqramda iştirak üçün Müraciət təlimatlarını yükləməli (http://pilnetwork.blob.core.windows.net/public/Expert%20Educator%20Application%20Detailed%20Instructions%202013.pdf) və tanış olmalıdır;
3. Tədris prossesində
texnologiyalardan istifadəni və 21-ci əsr bacarıqlarının aşılanmasını
bacardığını sübut etmək üçün iştirakçı Tədris Layihəsini təqdim
etməlidir (www.pil-network.com saytına yükləməlidir);
4. Münsiflər komitəsinin meyyarlarını anlamaq üçün Müraciət Rubrikaları və Tədris Layihəsi Rubrikaları ilə tanış olmalıdır;
5. İstifadəçi profilindən MIE Expert müraciət formunu doldurmalıdırlar.
Müraciət İngilis dilində təqdim olunmalıdır.
Müraciətlərin son təqdim etmə tarixi: 30 Avqust 2013.
Qaynaq: http://www.pil-network.com/
|