Təhsil Nazirliyinin təşkilatçılığı ilə "1 şagird – 1 kompüter"
müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. "ICTnews" elektron xəbər
xidmətinin TN-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş
təhsilin formalaşdırılmasından ibarətdir.
Qeyd edək ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi
təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il
keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə
təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və
qaliblər mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı ətraflı məlumatlar "www.musabiqe.edu.az" saytında yerləşdiriləcək.