Prosessorlar müəyyən nömrələrlə nişanlanırlar. Bu nömrələr vasitəsilə onların texniki parametrləri haqqında məlumat əldə etmək olur.
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi, keş yaddaşın tutumudur. Takt tezliyi - prosessorun saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır. Takt tezliyi meqahertz (MHz) kəmiyyəti ilə ölçülür. Məsələn, 1 QHz tezliyə malik prosessor saniyə ərzində 1 milyard əməliyyat yerinə yetirir. Eyni model prosessorlar müxtəlif takt tezliyinə malik ola bilərlər. Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, işləmə sürəti də bir o qədər yüksək olur (qiyməti də həmçinin). Takt tezliyinin 2 tipi (növü) var: daxili və xarici takt tezliyi. Daxili takt tezliyi - prosessorun daxilində gedən əməliyyatların takt tezliyidir. Xarici takt tezliyi və ya sistem şininin tezliyi - prosessor ilə əməli yaddaş arasındakı informasiya mübadiləsinin takt tezliyidir. 1992-ci ilə kimi prosessorlarda daxili və xarici takt tezliyi uyğun gəlirdi (bərabər idi). 1992-ci ildə isə Intel kompaniyası 80486DX prosessorunu təqdim etdi, hansında ki daxili və xarici takt tezliyi müxtəlif idi: daxili takt tezliyi xaricidən 2 dəfə yüksək idi. 25/50 və 33/66 MHz takt tezlikləri olan 2 belə prosessor istehsal edilmişdi. Sonradan Intel kompaniyası daxili takt tezliyi xarici takt tezliyindən 3 dəfə yüksək olan 80486DX4 prosessorunu istehsal etdi. Müasir prosessorlarda, məsələn 3 QHz takt tezliyi olan prosessorlarda sistem şininin tezliyi (xarici takt tezliyi) 800 Mhz-dir. Prosessorun sürətindən danışarkən daxili keş yaddaş da əsas götürülür. Daxili keş yaddaş vasitəsilə prosessor bir neçə dəfə sürətlə işləyir və bu ilk dəfə olaraq 486 prosessorlarında tətbiq edilmişdir. 2010-cu ilin ən güclü prosessoru Intel kompaniyasının istehsal etdiyi Intel Core i7-980x Extreme Edition olmuşdur.
Prosessorun xüsusiyyətləri aşağıdakılardır: 3,33 QHz takt tezliyi (hər bir nüvə üçün); Intel Turbo Boost texnologiyası əsasında takt tezliyinin 3,6 QHz-ə yüksəldilməsi; 6 nüvəli olması; 12 MB keş yaddaş; 3 kanallı DDR3 yaddaşı 1066 MHz; 32 nanometr istehsal texnologiyası.
Muhendis, Sizi bizim saytda slamlayırıq və uğurlar arzulayırıq! Çox gözəl materialdır, amma bu material məqalələr bölməsinə yerləşdirilməlidir!! Hemin məqaləni "məqalələr bölməsi"nə yerləşdirin, çünkü iki güdən məqalə silinəcəkdir. Birdə materialla istinad mənbəyini ğöstərin. Yəni haradan götürülüb, bu vacibdir!!!
Muhendis, Sizi bizim saytda slamlayırıq və uğurlar arzulayırıq! Seçdiyiniz loqin çox gözəldir! Məndə razıyam ki, ilk məqalə kimi yaxşıdır!! Birdə səhvlər var. Şəkillərdən birini məqaləyə yerləşdirılməsi məqaləni daha maraqlı edərdi!
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər. [ Qeydiyyat | Daxil ol ]