Prosessorlar müəyyən nömrələrlə nişanlanırlar. Bu nömrələr vasitəsilə onların texniki parametrləri haqqında məlumat əldə etmək olur.
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi, keş yaddaşın tutumudur.
Takt tezliyi - prosessorun saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır. Takt tezliyi meqahertz (MHz) kəmiyyəti ilə ölçülür. Məsələn, 1 QHz tezliyə malik prosessor saniyə ərzində 1 milyard əməliyyat yerinə yetirir. Eyni model prosessorlar müxtəlif takt tezliyinə malik ola bilərlər. Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, işləmə sürəti də bir o qədər yüksək olur (qiyməti də həmçinin).
Takt tezliyinin 2 tipi (növü) var: daxili və xarici takt tezliyi.
Daxili takt tezliyi - prosessorun daxilində gedən əməliyyatların takt tezliy
...
Ardı »