Hindistanın “Beetel Teletech” şirkəti ucuz qiymətli “Magiq” planşet kompüterinin satışına başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, 7 düyümlü displeylə təchiz olunmuş yeni qurğu 220 dollar qiymətə təklif olunur.
Planşetdə 1 Qhs takt tezlikli “Qualcomm Snapdragon” prosessoru tətbiq edilib. Əməliyyat sistemi funksiyasını isə “Android 2.2” (Froyo) yerinə yetirir.
Yeni planşetin sensor ekranı WVGA təsvir standartına (480×800 piksel) malikdir. Burada təsvirin xarici monitor və ya televizora ötürülməsi üçün HDMI çıxış da nəzərdə tutulub.
Korpusun arxa hissəsində 2 meqapikselli kamera yerləşdirib. Bundan əlavə planşetdə videotelefoniya imkanından istifadə etmək üçün köməkçi kamera da təqdim olunub. 3G, Wi-Fi (802.11b/g/n) və “Bluetooth” modulları olan “Magiq
...
Ardı »