İsveçrənin “UBS” bankı dünyanın ən bahalı şəhərlərinin reytinqini açıqlayıb.
Məlumata görə, araşdırma nəticəsində məlum olub ki, dünyanın ən bahalı şəhəri Norveçin paytaxtı Oslodur.
Dünyanın 73 şəhərində insanlar arasında keçirilən sorğuya əsasən, ikinci ən bahalı şəhər İsveçrə Sürix şəhəridir. Üçüncü sırada isə yenə bu ölkənin Cenevrə şəhəri yer alıb.
Siyahıda Bakı 48 yerdə qərarlaşıb. Azərbaycan paytaxtı ötən ilki reytinq cədvəlində 36-cı yerdəydi.
Türkiyənin İstanbul şəhəri isə siyahıda 28-ci yerdədir.
Dünyanın ən bahalı şəhərləri sırasına Kopenhagen, Stokholm, Tokio, Sidney, Helsinki, Toronto, Sinqapur, Vyana, Paris, Lüksemburq və Nyu-York da daxildir.