Forma
Dö, 28.03.2024, 21:51Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Məqalələrimiz [1]
Təhsillə bağlı [10]
Asudə vaxtın təşkili ilə bağlı [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Məqalələrim » Asudə vaxtın təşkili ilə bağlı

Məkana qayıtmaq olur, zamana qayıtmaq olmur.
İKT-dən istifadə etməklə məktəblilərin asudə vaxtının təşkili.
 
Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və irəlidə gedənlərin sırasında olaq.
 
Heydər Əliyev
Artıq neçə illərdir ki, müstəqil respublikamızın, dünya qurumlarının digər dövlətlərlə bərabər hüquqlu üzvü olan Azərbaycanın təhsil quruculuğu istiqamətində inandırıcı, faydalı yeniliklərin reallaşması başlıca məsələyə çevrilmişdir. Nə yaxşı ki, respublika rəhbərliyində, Təhsil Nazirliyində, Rayon rəhbərliyində, Rayon Təhsil Şöbələrində, məktəblərimizdə təhsil sisteminin yeniləşməsinə əməli və əməyi ilə kömək edənlər, hər hansı bir yeni forma, vasitə və yoldan istifadənin doğuracağı çətinliklərdən qorxmayan və onları aradan qaldırmaq üçün əllərindən gələni əsirgəməyənlər var. Onlar təhsil sistemini milli zəmində, ümumbəşəri dəyərlər əsasında, demokratik xarakterdə qurmaq üçün axtarışlar edir, nə isə öyrənməyə çalışır, fikir mübadiləsi aparırlar.
 
Tədris etdiyimiz fəndən asılı olmayaraq biz müəllimlərin əsas məqsədi şagirdləri hərtərəfli inkişaf etmiş, savadlı, vətənpərvər, milli şüura malik, səviyyəli,... şəxsiyyət kimi yetişdirməkdir. Olduğumuz yerdən, tutduğumuz mövqedən asılı olmayaraq balacalarımızı elə böyütməyə çalışmalıyıq ki, onlar həmişə irəliyə, inkişafa doğru can atsınlar, başqalarını da arxalarınca aparmağı bacarsınlar, içindən gələn istəklə, həvəslə elmin sirlərinə yiyələnməyə çalışsınlar, öz üzərlərində daima işləsinlər. Əlbəttə, bu çox çətin işdir, ancaq heç bir səbəb bizə haqq vermir ki, on illərlə qazandığımız gözəl ənənələrimizi, xüsusiyyətlərimizi artırmağa çalışmayaq.
 
Bugünki şagird daha intellektual və sərbəstdir, ən müasir texnologiyalarla tanışdır. Belə şəxsiyyəti formalaşdırmaq, onun inkişafını tənzimləmək üçün, bizi daim düşündürən bəzi suallara: Şagirdləri daha çox bilik əldə etməyə necə cəlb etməli, təlimə marağı daha da artırmaq üçün hansı yollardan istifadə etməli, təlimdə geri qalanları necə irəlilətməli, yaradıcı xarakterli müstəqil fəaliyyəti necə təşkil etməli, gənclərdə özünüdərketmə, özünütəhsil, özünütərbiyə, özünütəsdiq tələbatı, işə şüurlu münasibəti necə artırmalı? və s. cavab tapmaq, bəzi problemlərin həllini asanlaşdırmaq üçün bir qrup müxtəlif fənn müəllimləri vaxtaşırı toplaşır, müzakirələr edir, bir-birimizə faydalı məsləhətlər veririk.
 
Dəyişən və inkişaf edən dünyada yeni münasibətlərin formalaşması, fasiləsiz pedaqoji təhsil, müasir təlim üsulları ilə ətraflı tanış olmaq və bu təlim texnologiyalarının konkret tətbiqi imkanları ilə bağlı müəllimlərin qarşılıqlı əməkdaşlıq şəraitində bir-birindən faydalanmaları bizi həmişə düşündürür. Buna görə də məktəblərimizdə açıq qapı günləri, müxtəlif fənlərdən açıq dərslər keçirir, aldığımız nəticələri araşdırır, növbəti dərsləri daha yüksək səviyyədə qurmağa çalışırıq.
 
Hər bir adam, eləcə də şagird təhsilə, bilik almağa müxtəlif cür münasibət bəsləyir, qabiliyyətlər, istedadlar, maraqlar müxtəlifdir. Onları aşkara çıxarmaq, düzgün istiqamətləndirmək, formalaşdırmaq isə müəllimdən, şagirdlə düzgün, düşünülmüş şəkildə əməkdaşlıqdan asılıdır. Təsadüfi deyil ki, müəllimi "şagirdlərin ruhən inkişafının valideyinləri” adlandırırlar.
 
Bizi narahat edən suallara cavab tapmaq, müxtəlif istiqamətdə görülən işləri daha da yaxşılaşdırmaq üçün ən təsirli vasitələrdən biri İKT-dan, məhz kompüterlərin köməyindən istifadə etməkdir. Təsəvvür edin ki, müxtəlif fənn müəllimləri dərslərin tədrisində şagirdlərlə birgə mövzulara aid hazırladıqları təqdimatlardan istifadə edirlər. Həm dərs maraqlı keçir, həm də şagirdlərin əksəriyyəti və ya hamısı dərsdə və dərsdənkənar vaxtlarda həvəslə, fəal içtirak edir. Belə dərs hər bir şagirdi maraqlandırar. Keçən dərs ilindən rayonumuzda müəllimlər üçün mütəmadi olaraq həm kompüter kursları, həm də "İntel-gələcək üçün təhsil” kurslarının keçirilməsi kompüterlə işləmə bacarıqlarına malık müəllimlərimizin sayının sürətlə artmasına səbəb oldu. Bir çox məktəblərimizdə müxtəlif fənn müəllimləri dərsin gedişində kompüterdən mümkün qədər çox istifadə etməyə çalışırlar.
 
Bizi həmişə narahat edən suallardan biri də belədir: Asudə vaxtı nə dərəcədə məqsədyönlü təşkil etmək olar ki, maraqlı, mənalı, faydalı olsun və məktəbliyə gələcəyini qurmaq üçün kömək etsin?
 
Məktəblilərin asudə vaxtlarında nə ilə məşğul olduqlarını öyrənmək üçün forma hazırladıq, anket sorğusu keçirdik. Məlum oldu ku, məktəblilərin böyük bir qrupu boş vaxtını kompüterdə işləməklə keçirir. Bu uşaqların çoxusu da əksər hallarda kompüterdən, İnternetdən ancaq müxtəlif oyunlar oynamaq üçün istifadə edir. Bu hamını narahat edən problemdir. Düşündük: Yoldaşlarımıza necə kömək edə bilərik? Müxtəlif qruplar yaratmağı qərara aldıq. II sinif şagirdləri Rahim və Cəmilənin rəhbərlik etdiyi "İnfo-ko” qrupunun üzvləri sinif müəllimlərinin nəzarəti altında ibtidai sinif şagirdlərinin maraq dairəsini genişləndirmək, kompüterlə işin müxtəlifliyini göstərmək, məşğuliyyətin faydalılığını artırmaq, gələcək üçün müxtəlif istiqamətli İKT istifadəçisi bazası yaratmağa hazırlıq məqsədilə yoldaşlarına "İnfo-ko” diskindən istifadə etməyi öyrətməyə başladılar. Valideyinlərin köməyi ilə elektron dərslik bir neçə sinfin şagirdlərinə paylandı. Keçən il may ayının sonunda ən yaxşı "İnfo-ko” istifadəçisi müsabiqəsi keçirdik, qalibləri mükafatlandırdıq. Bu il yenə də müsabiqə keçirəcəyik.
 
"Güc Nöqtəsi” qrupu müəllimlərin rəhbərliyi ilə yoldaşlarına layihələr metodu ilə işləməyi öyrədir, may ayının sonunda yenə də "Mənim gözəl Vətənim!”, "Kəndimiz!” və s. mövzularında müsabiqə keçirəcək, ən yaxşı təqdimatları mükafatlandırılacağıq.
 
"Çoxbilmişlər” qrupunun üzvləri ilə informatika kabinetində "İnternet mənə necə kömək edə bilər?” guşəsi yaratdıq. Müəllimlərin nəzarəti altında uşaqlar maraqlı, faydalı İnternet resurslar, ünvanlardan ibarət "Seçilmişlər” qovluğundan istifadəni, müxtəlif mövzulara aid İnternetdən əlavə informasiya, şəkillərin əldə edilməsini təşkil edirlər. Şagirdlərimiz "Qlobal Classroom” saytından istifadə etməklə biliklərini artırır, xarici həmyaşıdlarına Vətənimiz, mədəniyyətimiz, adət-ənənələrimizdən,... bəhs edirlər! Bu ildən VI sinif şagirdləri də həftədə iki gün xarici həmyaşıdları ilə İnternet vasitəsilə əlaqə saxlayır. Zərifə, Saleh yoldaşları arasında fəallığı ilə seçilir.
 
"Muğam” qrupu İnternetdə olan infomasiyadan istifadə edərək, "Muğam guşəsi” yaratmışdır, repçi və muğamsevərlərdən ibarət qrup sintez edilmiş musiqilərlə gənclərimizə muğamı, simfonik muğamı sevdirməyə çalışırlar. Bürhanın oxuduğu muğamları, Qalib, Məhəmməd, Abdusalamın replərini bəyənənlərin sayı gündən-günə artır.
 
"Clip” qrupunun üzvləri oyunu çox sevən yoldaşlarına Movie Maker, Picture Manager proqramları ilə işləməyi, animasiya yaratmağı öyrədirlər.
 
"Loğman” qrupu biologiya müəlliminin rəhbərliyi ilə rayonumuzda, kəndlərdə olan dərman bitkiləri, (itburnu, yemişan,...), otların, çiçəklərin xüsusiyyətlərini, faydasını öyrənir, "Yaşıl aptek” yaramışıq, Şagirdlər bu haqda stend və bülleten hazırlayır, vaxtaşırı topladıqları müalicəvi əhəmiyyətli bitkiləri, giləmeyvələri ehtiyacı olan müəllimlərə, şagirdlərə paylayırlar. Eyni zamanda İnternetdən tibbə aid maraqlı, faydalı informasiya əldə etməklə həm yoldaşlarına, həm də həkim valideynlərinə, tanışlarına kömək edirlər. Gələcəkdə maraqlı, faydalı informasiyalrı hazırlayacağımız ı sayta da daxil edəcəyik.
 
Elə qızlar-şagirdlərimiz var ki, dərslərini çox zəif oxuyurlar, amma çox gözəl əl qabiliyyətləri var, əlcək, corab, ev başmağı, papaq, şərf, gəlincik və s. toxuya, krujevalar, suvenirlər, dəsmallar, mətbəx əşyaları,... hazırlaya bilir. Əvvəlcə əmək müəlliminə, bir neçə qıza İnternetdə işləməyi öyrətdik. İndi onlar müxtəlif saytlardan istifadə edərək çürbəçür naxışlarla tanış olur, sapların, millərin, muncuqların köməyi ilə nəyi, necə hazırlama qaydasını öyrənirlər. Əmək müəlliminin rəhbərliyi ilə fəaliyyət göstərən "Bacarıqlı əllər” qrupunun üzvləri yoldaşlarına da papaq, şərf, ev başmağı, kofta və s. toxumağı öyrədirlər, bunların satışından müəyyən miqdarda gəlir əldə edir, həm də İnternetdə olan müxtəlif jurnallardan istifadə etməklə bacarıqlarını daha da artırırlar.
 
Gənc nəslin ekoloji maarifləndirilməsi işində "Yaşıl Paket” tədris komplekti çox önəmli bir rol oynaya bilər. Biz bu vəsaitdən coğrafiya, biologiya, informatika, kimya, təbiətşünaslıq, ingilis dili, həyat bilgisi, və s. fənlərin tədrisində istifadə edirik. Çünki bu komplektdə müxtəlif yaşda olan uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil proqramı çərçivəsində qeyri-ordinar material və metodların tətbiq edilməsi ilə biliyin verilməsi, situasiyanın qiymətləndirilməsi vərdişinin inkişafı və qərarın qəbul edilməsi, məsuliyyətli davranışın əsasının qoyulması, və s. kimi vəzifələrin yerinə yetirilməsinə nail olmaq imkanları vardır.
 
"Yaşıl Patrul” qrupunun üzvləri yoldaşlarına Yaşıl paket tədris komplektindən, diskdən istifadəni öyrədir, vaxtaşırı təmizlik, "Yaşıllığı qoruyaq və artıraq!” aksiyaları keçirirlər.
 
Anket sorğusu zamanı Sənə kim layla çalıb? sualını da vermişdik. Cavablar bizi çox məyus etmişdi. "İncilər” qrupunun üzvləri keçən il ilk dəfə unudulan laylalarımızı toplayıb bülleten hazırladı, layla deməyin faydasından bəhs edən məqalələr yazdı, bülletenləri qızlara payladıq, ədəbi-bədii gecədə yarış keçirdik: Kim daha çox layla bilir? May ayının sonunda yenə də belə bir tədbir keçirəcəyik.
 
"Hardasan məzun?” qrupunun üzvləri xaricdə yaşayan həmyerlilərimizlə, həmyaşıdları ilə Internet vasitəsilə əlaqə saxlayırlar.
 
Artıq müəyyən qədər iş görmüşük, bəzi işləri gördükdən sonra isə məktəbimizdə yenə də "Açıq qapı” günü keçirəcək, gördüyümüz işlərin təqdimatını edəcək, hazırladığımız bülletenləri qonaqlara paylayacaq, onları da bu işə qoşulmağa çağıracaq, yerli Aygün TV-də tədbirin yayımını təşkil edəcəyik.
 
Məktəblilərimizin Microsoft Office Publisher proqramında hazırladıqları Veb-sayt nümunələri ilə qonaqlarımızı tanış edəcəklər. Həmin səhifədə gördüyümüz işlər, arzu və istəklərimiz haqda məlumatlar yerləşdirəcəyik.
 
Başqa reqionların məktəbliləri ilə əlaqə yaratmaq, onların asudə vaxtı necə təşkil etdiyini öyrənməyi arzulayırıq.
 
Gənc nəslin bilik səviyyəsini gündən-günə artırmaq, onların hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına nail olmaq, dünyada, müxtəlif dövlətlərdə, Azərbaycanda gedən prosesləri, təhsil sahəsində qabaqcıl təcrübəni daim izləməklə onlardan faydalanmağa, zamanı qabaqlamağa çalışmaq biz müəllimlərin müqəddəs vəzifəsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün işlərimizi daha yaxşı qurmağa, İT sahəsində görəcəyimiz işlərin həcmini və keyfiyyətini daha da artırmağa çalışırıq.
 
 
İsmayılova Bahar İsmayıl qızı
Zaqatala rayonu Humanitar fənlər gimnaziyası, AMİ Zaqatala filialının ali kateqoriyalı riyaziyyat-infomatika müəllimi, Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi, "Ən yaxşı müəllim” və s. müsabiqələrin qalibi.
Bölmə: Asudə vaxtın təşkili ilə bağlı | Daxil edib: Sprinq (10.05.2010) | Müəllif: Bahar E W
Oxunub: 1888 | Şərhlər: 1 | Reytinq: 4.5/2
Şərhlər cəmi: 1
0  
1 seva_bobo   (23.05.2010 20:51) [Material]
Internat məktəbində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. İdman zalı, geniş idman meydançası, müxtəlif stolüstü oyunlar üçün lazım olan ləvazimat şagirdlərin ixtiyarındadır. Bundan başqa müəllimlərimiz vaxtaşırı muzeylərə, təbiət qoynuna və s. yerlərə ekskursiyalar təşkil edirlər.
Sevda Abdulxalıqova.

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player