Forma
Üç, 08.05.2024, 15:05Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 3
Qonaqlar 3
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2011 » İyun » 6 » ZTM fəaliyyətinin qısa xülasəsi
20:28
ZTM fəaliyyətinin qısa xülasəsi
 
Zaqatala Computer Mərkəzi kimi 1992-ci ildə fəaliyyətə başlayan, 2001-ci ildən Bakı Elmi-Tədris Mərkəzinin filialı, 2007-ci ildən isə Zaqatala Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (ZTM MMC) kimi fəaliyyətini davam etdirən müəssisəmiz müxtəlif modullar üzrə təlimlərin təşkili və keçirilməsi sahəsində müəyyən qədər təcrübəyə malikdir. Belə ki, ümumilikdə fəaliyyət göstərdiyi 19 il ərzində müxtəlif dövrlərdə Mərkəzdə İT texnologiyaları, xarici dil, ekologiya üzrə, "Öz biznesinə başla”, "Öz biznesinə başla və inkişaf etdir”, "Beynəlxalq mühasibatlıq prinsipləri” və müxtəlif peşə kursları təşkil edilmiş və davam etməkdədir.
Həmçinin, ZTM təlim sahəsində bir sıra layihələrin həyata keçirilməsində bilavasitə və ya dolayısı ilə iştirak etmişdir.

Bunlardan:

  • 2002-ci ildə Azərbaycan Respublikası hökuməti və BMT İnkişaf Proqramının NİKTS layihəsi çərçivəsində və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncədə təşkil olunmuş "Azərbaycanda İnternet Texnologiyasının vəziyyəti və inkişaf perspektivləri” seminarında Zaqatala, Qax, Balakən rayonlarından 12 nəfərin iştirakını təmin etdik. Bu seminarda müxtəlif məsələlər ətrafında məruzələrlə yanaşı NİKTS layihəsi üzrə Milli ekspert F. Abdullayev respublıkada və xüsusilə regionlarda informatika fənninin tədrisi vəziyyəti, qarşıya çıxan çətinliklər barədə danıışdı. ZTM-in direktor müavini B. İsmayılovanın informatika fənninin tədrisi istiqamətindəki çətinliklərlə bağlı çıxışı maraqla qarşılandı və ətraflı müzakirələrlə davam etdirildi.

  • 2002-ci ilin may ayında Bakı Elmi-Tədris Mərkəzi Zaqatala filialının yaradılmasının birinci ildönümü münasibətilə RİH və Bakı Elmi-Tədris Mərkəzinin dəstəyi ilə regionda İKT ilə bağlı respublika səviyyəli ilk elmi-praktik konfrans Zaqatalada keçirildi. Konfransda Bakı, Göyçay, Şəki, Ucar, Kürdəmir, Qax, Balakən və başqa yerlərdən gəlmiş 25-dən artıq qonaq iştirak edirdi.

  • 2004-cü ilin avqust ayında Zaqatala rayon Məşğulluq Mərkəzi ilə birgə iki qrupa (24 nəfər az imkanlı dinləyiciyə) layihə hesabına kompüter kursu keçirmişik.

  • 2005-ci ildə "PC Azerbaijan” (koordinatoru Şövqi müəllim) dəstəyi ilə iki nəfərə (Ş.Şaban, H. İradə) ödənişsiz kompüter kursu keçmişik. Kursdan sonra onlar yaşadıqları kəndlərdə kompüter xidmətləri göstərmək üçün avadanlıqla təmin edildilər. Bir neçə il iştrakçılara öz kəndlərində icmalarla işin təşkilinə və davamlı işləməsinə texniki və mənəvi köməyimizi göstərmişik..

  • 2005-ci il may-iyun aylarında Təhsil Nazirliyi və Bakı Elmi-Tədris Mərkəzinin birgə layihəsi əsasında Bakı şəhərində 100 nəfər informatika müəlliminin hazırlıq kurslarında ZTM-in treneri olaraq C. Ağayev və B. İsmayılova da təlimçi kimi iştirak etmişdir.

  • 2004, 2005, 2006-cı illərdə Bakıda müxtəlif treninqlərdə iştirak etmiş, məşğələlər aparmışıq.

  • ZTM-in direktoru C. Ağayev və B. İsmayılova 2005, 2006-cı illərdə Bakı Elmi-Tədris Mərkəzinin Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu (IIZ/DVV) ilə birgə təşkil etdiyi "Sahibkarlığın əsasları” və "Layihələrin idarə edilməsi”, "Cənubi Qafqazda Yaşlıların təhsili” layihəsi çərçivəsində təşkil olunmuş "Təlımçilərin təlimi” və "Menecment/Supervayzerlik bacarıqları” tədris kurslarını fərqlənmə ilə başa vurmuş və rayona qayıtdıqdan sonra bir neçə qrupa təlimlər keçmiş, qazanılmış bilik və bacarıqların rayonda yayılmasına çalışmışlar.

  • 2006-cı ildə Zaqatala RİH 35 işçisinin İKT istiqamətində bacarıqlarının artırılması üçün kurslar keçirmişik.

  • 2008-ci ilin aprel-may aylarında RİH və RTŞ dəstəyi ilə Zaqatala rayonunun məktəblərindən seçilən 45 nəfər müxtəlif fənn müəlliminə ECDL proqramı üzrə "Hər məktəbə bir İKT mütəxəssisi” devizi ilə kompüter kursları keçirmişik. Hər bir müəllimə "Kompüter aləmi” kitabı və disklər hədiyyə edilmişdir.

  • 2008-ci ilin iyun ayında aidiyyatı olan yoldaşların dəstəyi ilə o zaman ancaq Bakı və Sumqayıt müəllimləri üçün keçirilən "İntel-gələcək üçün təhsil” kurslarının Zaqatalada keçirilməsinə nail olduq, kurslar davam etməkdədir, rayonumuzun 1000-dən artıq müəllimi bu kurslarda iştirak etmişdir.

  • Rayon əhalisinin xüsusilə gənclərin, gənc müəllimlərin İnformasiya Texnologiyaları ilə müntəzəm olaraq tanış olması, gənclərin marağına müvafiq müxtəlif kompüter proqramlarını və s. öyrənməsi, web-saytların yaradılması, müxtəlif fənlərin tədrisində kompüterlərdən istifadə edilməsi, ingilis dilini müəyyən səviyyədə öyrənmələrinə bacardığımız qədər kömək edirik. Müxtəlif fənn müəllimlərindən ibarət innovativ müəllimlər qrupu yaratmışıq və müxtəlif mövzular üzrə fənlərarası əlaqələrdən istifadə etməklə təqdimatlar hazırlayır və dərslərdə istifadə edirik.

  • 2008-ci dərs ilinin əvvəlindən aidiyyatı olan yoldaşların dəstəyi ilə "Bakı” nəşriyyatı tərəfindən ibtidai siniflər üçün hazırlanmış "İnfo-ko” diskinin sınaq versiyasından rayonumuzun müəllim və şagirdlərinin istifadə etməsinə nail olduq. Diskin surətini ibtidai sinif müəllimləri, valideyinlərə Rayon Təhsil Şöbəsində metodik məkəzə, eləcə də Balakən və Qazax rayon müəllimlərinə verdik. Təkcə informatika fənni ilə məhdudlaşmayan, 1-ci sinifdə tədris olunan bütün fənlərlə inteqrasiyanı nəzərdə tutan bu disk çox böyük marağa səbəb olmuşdur. Keçən dərs ilindən məktəblərimizdə artıq diskin tam versiyasından istifadə olunur.

  • Mərkəzdə keçirilən bütün kurslarda təlimin interaktiv metodlarından, İT texnologiyalarından istifadə edilir.

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Davamlı İnkişaf" Cəmiyyətinin birgə təşəbbüsü, ATƏT, BTC və CQBK şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının orta məktəblərində "Yaşıl Paket” tədris komplektinin inteqrativ tədrisi (2008-ci il) həyata keçirilmişdir.
    "Yaşıl Paket” yay ekoloji məktəbinin iştirakçısı kimi Bakıdan gələn nümayəndələrlə birgə rayonumuzda da seminarların, təlimlərin, konfransların keçirilməsini təşkil etmişik. Rayonumuzun müəllimləri coğrafiya, fizika, kimya, biologiya, həyat bilgisi və s. fənlərin tədrisində "Yaşıl Paket” tədris komplektindən vaxtaşırı istifadə edirlər. 2010-cu ilin dekabr ayında rayonumuzun müxtəlif məktəblərində təhsil alan şagirdlərlə ("Yaşıl patrul”lar) "Su və insanlar” mövzusunda açıq dərs keçirmişik. Dərsdə Bakıdan gələn qonaqlar: "Yaşıl Paket” ekoloji layihəsini Azərbaycanda icra edən Davamlı İnkişaf Cəmiyyətinin rəhbəri Fikrət Cəfərov, İctimai TV-də "Açıq dərs” verilişinin aparıcılarından biri Orxan Hüseynli, Zaqatala RTŞ müdiri Habil Qurbanov başda olmaqla bir qrup metodist-müəllimlər iştirak etmiş, dərs İctimai Televiziya tərəfindən lentə alınaraq Reqional TV vasitəsilə müxtəlif kanallarda efirə verilmişdir.

  • 2009-cu ildə ZTM-in müəllimləri tərəfindən Zaqatala rayonunun bələdiyyələrində fəaliyyət göstərən mütəxəssislərin İKT səviyyəsinin artırılmasını həyata keçirmişdir.


    Zaqatala Tədris Mərkəzinin direktoru Cavanşir Ağayevdir (CISCO ID #CISCO 10818443).

Bölmə: Xəbərlər | Oxunub: 1019 | Daxil edib: ztm | Reytinq: 5.0/1
Şərhlər cəmi: 1
0  
1 ztm   (14.08.2011 08:19) [Material]
BIAZ-da yosa ZTM-de? wink

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  İyun 2011  »
BiİkÜçBeAlBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player