Forma
Bi, 29.04.2024, 10:26Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » May » 8 » Zaqatala Tədris Mərkəzi
21:24
Zaqatala Tədris Mərkəzi
Zaqatala Tədris Mərkəzi 2001-ci ildə Bakı Elmi-Tədris Mərkəzinin filialı kimi fəaliyyətə başlamış, 2007-cı idən isə Zaqatala Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (ZTM MMC) kimi fəaliyyətini davam etdirir və müxtəlif modullar üzrə təlimin təşkili və keçirilməsi sahəsində kifayət qədər təcrübəyə malikdir. Belə ki, fəaliyyətinin 9 ili ərzində Mərkəzdə İT texnologiyaları, xarici dil, ekologiya, "Öz biznesinə başla” və müxtəlif peşə kursları təşkil edilmiş və davam etməkdədir. Həmçinin, ZTM təlim sahəsində bir sıra tədbirlərin, layihələrin həyata keçirilməsində və s. işlərin görülməsində bilavasitə və ya dolayısı ilə iştirak etmişdir. Bunlardan:
 · 2000-ci ildə 84 səhifəlik "MS–DOS əməliyyat sistemi, Norton Commander və s. öyrənmək istəyənlər üçün qısa kurs” adlı birinci kitabımızı nəşr etdirdik (müəllif B. İsmayılova). Kitaba Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının İnformatika və Kompüter texnologiyası bölməsinin sədri professor Ramin Mahmudzadə, elmi-katib, dosent A. Əliyev və BDU-nin dosenti N. Süleymanov rəy vermişlər. Bu dərs vəsaitindən bir neçə orta məktəbdə, BETM-nin Zaqatala, Balakən, Qax və digər filiallarında istifadə olunurdu. Kitabın 10 nüsxəsi isə nəşr olunduğu Şirvannəşr tərəfindən M. F. Axundov adına Mərkəzi Respublika kitabxanasına verilmişdi.
· 2004, 2005, 2006-cı illərdə Bakıda müxtəlif treninqlərdə iştirak etmiş, məşğələlər aparmışıq.
· 2002-ci ildə Azərbaycan Respublikası hökuməti və BMT İnkişaf Proqramının NİKTS layihəsi çərçivəsində və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncədə təşkil olunmuş "Azərbaycanda İnternet Texnologiyasının vəziyyəti və inkişaf perspektivləri” seminarında Zaqatala, Qax, Balakən rayonlarından 12 nəfərin iştirakını təmin etdik. Bu seminarda müxtəlif məsələlər ətrafında məruzələrlə yanaşı NİKTS layihəsi üzrə Milli ekspert F. Abdullayev respublıkada və xüsusilə regionlarda informatika fənninin tədrisi vəziyyəti, qarşıya çıxan çətinliklər barədə danıışdılar. Bahar müəllimənin çıxışı maraqla qarşılandı. Çox fəallıqla keçən müzakirələrdən sonra bəzi problemlərin həlli yolları göstərildi, faydalı məsləhətlər verildi.
· 2002-ci ilin may ayında filialın yaradılmasının birinci ildönümü münasibətilə regionda İKT ilə bağlı respublika səviyyəli ilk elmi-praktik konfrans Zaqatalada keçirildi. Bakı, Göyçay, Şəki, Ucar, Kürdəmir, Qax, Balakən və başqa yerlərdən gəlmiş 25-dən artıq qonağın, 200-dən artıq ziyalıların, gənclərin, RİHB-nın müavinlərinin, RİHBA-nın müvafiq şöbə müdirlərinin, məktəblərin, Zaqatala Müəllimlər İnstitutunun, İslam Universitetinin, rayonun müxtəlif müəssisələrinin nümayəndələrinin iştirak etdiyi bu konfransda çox maraqlı, aktual problemlərlə bağlı məruzələr, çıxışlar dinlənildi, müxtəlif suallar ətrafında müzakirələr aparıldı. Bahar müəllimə İKT sahəsində regionlarda kadr hazırlığı məsələləri, nailiyyətlərimiz və problemlərimiz haqqında 20 dəqiqəlik məruzə ilə çıxış etdi. Konfransın sonunda şəhər və kənd məktəbərinə, Uşaq Yaradıcılıq Mərkəzinə, Zaqatala Müəllimlər İnstitutu və İslam Universitetinə NİCTS (İKT üzrə Milli strategiya) layihəsinin materialları, müxtəlif kurslar haqqında məlumatı əks etdirən sənədlər, BETM-in hazırladığı kompüterlə, müxtəlif proqramlarla işləməyi öyrədən CD disklər hədiyyə olundu.
 · Rayon İcra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı 5 iyun 2003-cü il tarixli sərəncamı ilə bağlı təkliflərimizi bildirmək tövsiyyə edilmişdi. Bahar müəllimə BETM Zaqatala filialının tədris üzrə direktor müavini kimi təkliflərimizi, fəaliyyət planını hazırlayıb göndərmişdi.
· 2004-cü ilin avqust ayında Məşğulluq Mərkəzi ilə birgə iki qrup (24 nəfər az imkanlı dinləyiciyə) dinləyiciyə layihə hesabına kompüter istifadəçisi kursları keçirmişik.
 · 2005-ci ilin may-iyun aylarında "Məktəblərin kompyuterləşdirilməsi” dövlət proqramı çərçivəsində Təhsil Nazirliyi və BETM-in (Bakı Elmi-Tədris Mərkəzi) birgə layihəsi əsasında ECDL-"Avropa səviyyəli kompüter istifadəçisi” sertifikatı almaq üçün Bakı şəhərinin 100 nəfər informatika müəlliminin hazırlıq kurslarında Bahar müəllimə Cavanşir Ağayevlə (CISCO ID #CISCO 10818443) birgə təlimçi-trener kimi iştirak etmişdir.
· 2005-ci ildə "PC Azerbaiyan” (koordinator Şövqi müəllim) dəstəyi ilə iki nəfərə (Ş.Şaban, H. İradə) ödənişsiz kompüter kursu keçmişik. Kursdan sonra onlar yaşadıqları kəndlərdə kompüter xidmətləri göstərmək üçün avadanlıqla təmin edildilər. İndi həmin kəndlərdə kompüter kursu məşğələləri aparmaqla kənd əhalisinin kompüter savadının artırılmasına öz töhfələrini verirlər. Onlara kənddə icmalarla işin təşkilinə və davamlı işləmələrinə texniki və mənəvi köməyimizi göstərmişik.
· 2005-ci ildə yazdığımiz 504 səhifəlik (tiraj 400), "Kompüter aləmi” adlı ikinci kitabımızı "Elm” nəşriyyatında çap etdirdik (müəlliflər C. Ağayev və B. İsmayılova). ECDL proqramı kitabda demək olar ki, əhatə olunmuşdur. Bu kitabın da 20 nüsxəsi nəşriyyat tərəfindən müxtəlif istiqamətlərə təqdım edilmişdi. Bakıda müxtəlif universitetlərin, kolleclərin və s. tədris müəssisələrinin müəllimlərinin, aspirantların həmin kitabdan istifadə etməsi, söylədikləri xoş sözlər bizi sevindirir, bəzilərinin arzuladığı kimi üçüncü kitabı yazmağa həvəsləndirir.
· 2008-ci ilin aprel ayından başlayaraq RİH başçısı Asif Əsgərovun şəxsən məsləhəti, dəstəyi və böyük köməyi, Sülh Korpusunun dəstəyi ilə rayonumuzun məktəblərindən seçilən 45 nəfər müxtəlif fənn müəlliminə ECDL proqramı üzrə kompüter kursları keçirmişik. İştirak edən hər bir müəllimə "Kompüter aləmi” kitabı və disklər hədiyyə edilmişdir. Müəllimlərimiz bu işin hazırlanmasında və yerinə yetirilməsində böyük dəstəyi və zəhməti olan hər bir kəsi-ZTM-in direktoru Cavanşir Ağayevi, Sülh korpusu könüllüləri David Rozenberq və Joshua Noonanı həmişə dərin minnətdarlıqla xatırlayırlar. · 2008-ci ildə Səməd müəllimin məsləhəti və İntel şirkətinin Azərbaycandakı koordinatoru Emin Axundovun köməkliyi və dəstəyi ilə o zaman ancaq Bakı və Sumqayıt müəllimləri üçün keçirilən "İntel-gələcək üçün təhsil” kurslarının Zaqatalada keçirilməsinə nail olduq, kurslar davam etməkdədir, 900-dən artıq müəllim bu kurslarda iştirak etmişdir.
· Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Davamlı İnkişaf " Cəmiyyətinin birgə təşəbbüsü, ATƏT, BTC və CQBK şirkətlərinin maliyyə dəstəyi ilə 2007-2008-ci tədris ilində Azərbaycan Respublikasının orta məktəblərində "Yaşıl Paket” tədris komplektinin inteqrativ tədrisi həyata keçirilmişdir. "Yaşıl Paket” yay ekoloji məktəbinin iştirakçısı kimi Bakıdan gələn nümayəndələrlə birgə rayonumuzda da seminarların keçirilməsində fəal iştirak etdim. Seminarlarda əksər orta məktəb müəllimləri təlimatlandırılmış, "Yaşıl Paket” tədris komplekti, disklərlə təmin edilmiş və müxtəlif fənlərin tədrisində bu tədris vəsaitinin tətbiqi genişlənməyə başlamışdır.
· 2008-ci il 4-7 apreldə Bakıda keçirilən Beynəlxalq Ekologiya Olimpiadasına ZTM-də "Gənc istedadlar axtarırıq” layihəsi çərçivəsində bu sahəyə yönəldilən bir şagird iştirakçı kimi qəbul olunmuşdu.
· Zaqatala səhərində "Biomüxtəlifliyi qoruyaq” mövzusunda ekoloji təbliğat və maarifləndirmə aksiyaları (2008-ci il) keçirdik və 2005-ci ildən indiyə qədər bu istiqamətdə davamlı olaraq iş görülür. · 2008-ci ilin noyabr ayının 27-də məktəblilərin "Yaşıl həftə” ümumrespublika müsabiqəsində iştirak edərək II yeri qazandıq və mükafatlandırıldıq. · Hər il aprelin 22-də rayonda Dünya günü ilə əlaqədar maraqlı tədbirlər keçiririk.
· 2008-ci dərs ilinin əvvəlindən Təhsil Nazirliyyində TİMS şöbəsinin müdiri İsmayıl müəllimin köməyi ilə "Bakı” nəşriyyatı tərəfindən ibtidai siniflər üçün hazırlanmış "İnfo-ko” diskinin sınaq versiyasından rayonumuzun müəllim və şagirdlərinin istifadə etməsinə nail olduq. Diskin surətini ibtidai sinif müəllimləri, valideyinlərə, Rayon Təhsil Şöbəsində metodik mərkəzə, eləcə də Balakən və Qazax rayon müəllimlərinə verdik. Təkcə informatika fənni ilə məhdudlaşmayan, 1-ci sinifdə tədris olunan bütün fənlərlə inteqrasiyanı nəzərdə tutan bu disk çox böyük marağa səbəb olmuşdur.
· 2008/2009-cu dərs ilində "Gənc istedadlar axtarırıq” layihəsi çərçivəsində rayonun müxtəlif məktəblərindən olan şagirdlər arasında müsabiqə keçirdik, qalib gələn üç şagirdi "Gənc kompüter istedadı-2009” respublika müsabiqəsinə hazırladıq. Gərgin zəhmətin nəticəsi olaraq həmin gənclərin hər biri müsabiqədə III yeri qazandı, biri isə əlavə olaraq, həm də "Ən gənc iştirakçı” nominasiyası ilə mükafatlandırıldı.
· Zaqatala səhərində 14 nəfərə "Biznes ideyanı yarat və öz biznesinə başla” (2009-cu il) kursu keçirilmişdir. Mərkəzdə keçirilən bütün kurslarda təlimin interaktiv metodlarından istifadə edilir. · 2009-cu ilin noyabr ayında valideyinlərin köməyi ilə rayonun bir neçə məktəbinin şagirdlərindən ibarət 25 nəfərlik qrupla Bakıya--dünya miqyaslı enerji sərgisinə--Xəzər Enerji Mərkəzinə ekskursiya təşkil etdik. Orada gördüklərimiz, topladığımız, araşdırdığımız informasiya, bizimlə keçirilən beynəlxalq səviyyəli interaktiv dərs hamımızı heyran etmişdi. Botanika bağına və Zooparka da ekskursiya təşkil olunmuşdur.
· 2009-cu ilin sentyabr ayında bir neçə məktəbli ilə Microsoft Azərbaycan və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilən İnnovativ Müəllimlər Müsabiqəsinə qoşulduq, finala vəsiqə qazandıq. 2010-cu il 9 fevralda final mərhələsi keçirildi və III yeri qazandıq.
· Zaqatala Tədris Mərkəzi www.zaqatala.az və s. kimi saytlar hazırlamışdır. Təvazökarlıqdan bir qədər uzaq olsa da qeyd etmək istəyirik ki, bütün bunlar gördüyümüz işlərin bir hissəsidir. Bundan sonra da daha yüksək səviyyədə fəaliyyət göstərməyi arzuladığımızdan bunları sadalamaq məcburiyyətində qaldıq. · Aidiyyatı olan yoldaşların dəstəyi ilə rayonumuzun müəllimləri və gənclərinin ümumrüspublika müsabiqələrində iştirakına kömək etmək (İstedadlı gənclərimiz az deyil. Məsələn, məktəblərimizdə sürətli İnternetin və s. olmaması işlərimizi çox ləngidir).
· Tədris məqsədli ekskursiyaların təşkilini davam etdirmək. · İnformasiya məkanında olan yeniliklərlə müəllimləri mütəmadi olaraq tanış etmək, "45 müəllim” layihəsini müxtəlif istiqamətlərdə davam etdirmək. · Gənclər arasında peşə-sənət kurslarını təşkil etmək
· "Öz biznesinə başla və və yaxşılaşdır” kurslarını davam etdirmək və s.
Oxunub: 1615 | Daxil edib: ztm | Teqlər: Mərkəzi, Tədris, Zaqatala Tədris Mərkəzi, Zaqatala, Tədris Mərkəzi | Reytinq: 5.0/1
Şərhlər cəmi: 1
0  
1 selale   (19.05.2010 13:26) [Material]
May ayinin 6-dan etibaren Zaqatalada Ulu Onderin anadan olmasının 87-ci il donumune həsr olunmuş bir sıra tədbirlər keçirildi. Bunlardan ən möhtəşəmi həmin gün keçirilən ''Gül bayrami'' idi.H.Əliyev adina park həmin gün cənnət bağcasina bənzəyirdi.Bu görüntünu sozle ifade etmek mumkun deyil.Onu gormek lazim idi.Calisacagam ki, hemin sekilleri bu sayta ve qizimin saytina yerlesdirim SELALE MEHERREMOVA

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  May 2010  »
BiİkÜçBeAlBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player