Forma
Be, 26.04.2024, 20:28Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » May » 8 » İsmayılova Bahar
21:14
İsmayılova Bahar



  Məni saytı yaratmağa ruhlandıranlardan biri, yorulduğum, bədbinləşdiyim vaxtlarda mənəvi və texniki dəstəyini əsirgəməyən, özüm müəllim olsam belə, müəllimim hesab etdiyim Cavanşir müəllimə öz adımdan, həm də saytın yaradılmasını arzulayanların adından dərin təşəkkürlərimizi bildirir, ona möhkəm can sağlığı, gələcək işlərində uğurlar arzulayırıq!

 Hörmətlə: Bahar müəllimə, bir qrup "45”-çi, "İntel”-çi və b.

 Ali müəllim,  Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi,  Respublikada keçirilən"Ən yaxşı müəllim” (ilk onluqda idim)  bir  çox  respublika,  beynəlxalq müsabiqələrin  ilk  qaliblərindən biri İsmayılova Bahar İsmayıl qızı. İT haqqında ilk kitabı(84 səh) 2000-ci, həmmüəllifi olduğu "Kompüter aləmi” (504 səh  "Elm" nəşriyatı) kitabı isə 2005-ci ildə nəşr edilmişdir. Zaqatala şəhər Hümanitar fənnlər gimnaziyası və Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında riyaziyyat və informatika müəllimi  işləyir.

Orta məktəbdə oxuyanda ədəbiyyat, riyaziyyat, biologiya fənnini çox sevirdim. Biologiyadan olimpiadanın respublika turunda iştirak etmək hüququ qazanmışdım. Ali təhsil aldığım illərdə də fakültə və institutun ictimai həyatında fəal iştirak etmiş, Tələbə Elmi Cəmiyyətinin üzvü olmuş, dəfələrlə müxtəlif mövzularla çıxışlar etmiş, riyaziyyatın tədrisi metodikasına aid məqalələrim institut qəzetində dərc olunmuş, 1977-ci ildə respublika Tələbə elmi konfransında məruzə etmiş və mükafatlandırılmışam. 1978-ci ildən rayonda riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam.
1981, 1983-cü illərdə istehsalatdan ayrılmaqla riyaziyyatın tədrisi metodikası, riyaziyyatın ibtidai kursunun tədrisi metodikası və habelə pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisasları üzrə aspiranturaya dəvət olunmuşdum. Təəssüf ki, ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilimi davam etdirə bilmədim. İşləməyə başladığım ilk gündən riyaziyyat müəllimi kimi hörmət qazanmağa çalışmışam, 16 il əvvəl rayonda ali kateqoriyalı müəllim adına layiq görülən ilk üç müəllimdən biri olmuşam. Şagirdlərim dəfələrlə riyaziyyat fənni üzrə olimpiadanın rayon turunun qalıbı olmuş, zona, respublika turunda iştirak etmişlər, ali məktəblərə qəbul imtahanlarında həmişə uğurlu nəticələr qazanmışlar. Şagirdlərimdən bir çoxu o dövrdə Gəncə Texnologiya İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutunun Zaqatalada keçirdiyi riyaziyyat fənni üzrə zona olimpiadalarının qalibləri sırasında olmuşlar.
2007-ci ildə bir nəfər şagirdim rayonda ilk dəfə olaraq İnformatika və hesablama texnikasının əsasları fənni üzrə olimpiadanın respublika turunun qaliblərindən olmuşdur (o il ilk dəfə idi ki rayon məktəbinin şagirdi informatikadan olimpiadanın respublika turunda iştirak edirdi)

Hər şagird bir dünyadır. Uşaqlarla işləməkdən xoşum gəlir. Dərslərimi müasir təlim metodlarından istifadə edərək qurmağa, şagirdlərlə düzgün, düşünülmüş əməkdaşlıq etməyə səy göstərirəm. İnsanların çoxu, xüsusilə gənclər nəsihəti xoşlamır, onlara sözlə, töhmətlə təsir etmə cəhdlərimiz əksər hallarda boşa çıxır. Gənclərə özünütəhlil duyğusu aşılamağa, özünü kənardan müşahidəetmə vərdişi yaratmağa çalışıram. İnsanın özünü kənardan müşahidə edə bilməsi, ikinci "mən”i görməyi bacarması onun təkcə məktəbdə, ailədə deyil, cəmiyyətdə də mövqeyinə ilıq bir aydınlıq, şərəfli bir dürüstlük gətirir. Riyaziyyat müəllimi işlədiyim müddətdə müxtəlif tədbirlərdə dəfələrlə "Riyaziyyatın tıdrisi zamanı qarşıya çıxan bəzi çətinliklər və onların aradan qaldırılması yolları” və s. mövzularda məruzələr etmişəm.
On beş il bundan əvvəl riyaziyyatdan testlər əldə etmək bir qədər çətin idi. 1994/95-ci dərs ilində orta məktəb şagirdlərinin testlərlə yaxından tanış olması üçün testləri siniflər üzrə qruplaşdırmış və şəxsi hesabıma məcmuə şəklində hazırlamışdım. Bu məcmuələrdən bir neçə məktəbin şagirdləri istifadə etmişdilər. Riyaziyyatın dərinləşmiş proqramla tədris olunduğu XI sinif üçün azərbaycan dilində dərslik olmadığından Vilenkin.V.A. və b. müəlliflərin hazırladığı "Alqebra i naçala analiza” dərsliyinin bir neçə fəslini azərbaycan dilinə tərcümə etmişdim, tərcümə rayon metodik mərkəzi (riyaziyyatçı E. Vəliyev) tərəfindən yoxlanılmış və bəyənilmiş, makinada çap edərək kitabça şəklində hazırlamışdım. Şəhər 1 saylı orta məktəbdə, Zaqatala Politexnik Texnikumunda riyaziyyat fənni ilə yanaşı İnformatika və Hesablama Texnikasının Əsasları fənnini də tədris etmiş, "İnformatika və Hesablama Texnikasının Əsasları fənninin tədrisi zamanı qarşıya çıxan bəzi çətinliklər və onların aradan qaldırılması yolları” haqqında dəfələrlə məruzələr etmiş, maraq kurslarından istifadə etməklə şagirdlərə fənni dərindən öyrətməyə səy göstərmişəm.
İlk dəfə 1993-cü ildə şəhər 1 saylı orta məktəbdə apardığım maraq kurslarında şagirdlərə kompüterlər haqqında bəzi nəzəri biliklər (Qbasic) vermiş, praktiki məşğələlərdə şəxsi kompüterlərimizdən istifadə edərək açıq dərslər keçirmişik. Bu iş uzun illər davam etmişdir. 1993-cü ildən şəhər 1 saylı orta məktəbində, sonra isə Humanitar fənlər gimnaziyasında riyaziyyat-informatika müəllimi işləməklə bərabər Zaqatala Kompüter Mərkəzində də müəllim kimi fəaliyyətə başladım.
2001-ci ildən Bakı Elmi-Tədris Mərkəzinin Zaqatala filialında, 2007-cı ildən isə Zaqatala Tədris Mərkəzində direktor müavini və müəllim kimi fəaliyyət göstərir, müxtəlif kursların keçirilməsində iştirak edirəm. BETM-in Zaqatala filialında, sonra isə ZTM-də işləməyimin rayonumuzun digər tədris ocaqları, orta məktəbləri ilə daha sıx işbirliyi yaratmağımıza və müxtəlif tədbirlərin keçirilməsinə çox böyük köməyi, dəstəyi olmuşdur. İKT-nin müxtəlif istiqamətlərində (Corel-Draw, Adobe Photoshop, MS Office paketi, Visual Basic, HTML ,…) keçirdiyimiz kurslar regionda yüksək qiymətləndirilir. Kompüter kurslarımızı bitirənlər rayonumuzda, Bakıda, Rusiyanın bəzi şəhərlərində işlədikləri müəssisələrdə bacarıqlı mütəxəssis kimi hörmət qazanmaqla bizə başucalığı gətirirlər, onların haqqında eşitdiyimiz xoş sözlər bizi qürurlandırır. Müdavimlərimizdən kompüter müəllimi işləyənlər az deyil. Məlum olduğu kimi gənclərin asudə vaxtının səmərəli təşkili günümüzün əsas məsələlərindın birinə çevrilmişdir. Gənclərin maraq dairələrinə daxil olan xüsusi klubların yaradılması (conversation club, elektronika ilə maraqlanalar klubu və s.), dərslərin, yarışların, … hazırlanması və həyata keçirilməsi və s. istiqamətdə müxtəlif işlər görməyə çalışırıq. Müxtəlif mövzularda diskussiya, müzakirə saatları keçirir, aidiyyəti olan hər kəsə, xüsusilə cavanlara  İnternetin ancaq əyləncə vasitəsi olmadığını anlatmağa səy göstəririk.
Rayon əhalisinin, xüsusilə gənclərin, məktəblilərin İnformasiya Texnologiyaları ilə müntəzəm olaraq tanış olması, onların maraqlarına müvafiq müxtəlif kompüter proqramları və s. öyrənməsi, web-saytların yaradılması, müxtəlif fənlərin tədrisində kompüterlərdən istifadə edilməsi, ingilis dilini müəyyən səviyyədə öyrənmələrinə kömək etməyə çalışırıq. Bu işə rayonumuzda olan Sülh korpusu (PC Azerbaijan) könüllülərini də cəlb edirik, onların gənclərlə məşğələlər keçirməsi üçün müəssisəmizə verilən yerdən otaq ayırmışıq. Könüllülərlə birgə 350-400 sayda ingilis dilində bədii ədəbiyyatdan və kompüterə aid kitablardan ibarət kitabxana yaratmışıq. Kitabxanadan müxtəlif məktəblərin müəllimləri, şagirdləri istifadə edir. Bir neçə otağımız, balaca bir "kompüter dünyamız” var. Məktəblilər, müəllimlər, həkimlər, iş adamları,... İT texnologiyaları ilə bağlı müxtəlif suallarla bizə müraciət edirlər. Burada həm müəssisələrin, məktəblərin, həm də ayrı-ayrı istifadəçilərin kompüterləri təmir edilir, müraciət edənlərə kompüterlə iş prosesində əmələ gələn problemlərin aradan qaldırılması üçün məsləhətlər verilir.
2004-cü ildə "İT maqazine” jurnalının VII sayında Zaqatala Kompüter Mərkəzinin fəaliyyəti haqqında iki səhifəlik məqalə çap olıunmuşdu. 2005-ci ildə Biznes Tədris Mərkəzinin Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu ilə birgə təşkil etdiyi "Sahibkarlığın əsasları” və "Layihələrin idarə edilməsi” kurslarını fərqlənmə ilə başa vurmuşuq.
 2005-ci  ildəTəhsil  Nazirliyi  və  Bakı  Elmi  Tədris  Mərkəzinin  Bakıda  300  müəllim  üçün  keçirdiyi  ECDL  "Avropa  səviyyəli  kompüter  istifadəçisi"  kurslarında  təlimçi  işləyən  dörd  müəllimdən  biri  olmuşam.  
 
   2006-cı ildə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əm   əkdaşlıq İnstitutu (IIZ/DVV) tərəfindən "Cənubi Qafqazda Yaşlıların təhsili” layihəsi çərçivəsində təşkil olunmuş "Təlımçilərin təlimi” kursunu keçmişəm, həm də "Menecment/Supervayzerlik bacarıqları” tədris kursunu bitirmişəm. 2007-ci ilin avqust ayında Rayon Təhsil şöbəsi tərəfindən Bakıya ezam olunmuş, ATƏT-in dəstəyi ilə "Davamlı inkişaf uğrunda” Cəmiyyəti "Yaşıl Paket” tədris komplektinin Azərbaycan təhsil sisteminə tətbiqini sürətləndirmək məqsədi ilə Nabranda keçirilmiş treninqdə (yay məktəbində) iştirak etdim və çox böyük təəssüratla rayona qayıtdım. İlk növbədə Rayon Təhsil Şöbəsi Metodik mərkəzin direktorunu, avqust bölmə iclaslarında isə müxtəlif fənn müəllimlərini bu tədris komplekti ilə tanış etdim. Dərs ilinin əvvəlindən məktəbimizin coğrafiya, biologiya, fizika, təbiətşünaslıq, informatika, ingilis dili və s. müəllimlərini vəsaitlə, disklərdəki materiallarla tanış etməyə başladım. Sülh korpusunun könüllüləri də bu materiallardan çox faydalandılar, çünki ingilis versiyasından istifadə etməklə xüsusilə aşağı siniflərdə dərsləri əyani, interaktiv keçmək çox maraqlı alınırdı. Müəllimlər disklərdəki mövzulardan vaxtaşırı istifadə edirlər, şagirdlər də fərdi şəkildə istifadə etməklə həm faydalı, maraqlı informasiya alır, həm də testlərin köməyi ilə biliklərini yoxlayırlar. Müraciət edən müəllimlərə, şagirdlərə disklərin surətini çıxararaq təqdim edirik. Bu mövzularla əlaqəli açıq dərslər keçirmişik. Gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə, ətraf mühitin qorunması, təmiz saxlanması, suya qənaət və s. haqqında vaxtaşırı söhbətlər keçirir, şagirdlərə tövsiyyə edirik ki, bu informasiyanı başqalarına da ötürsünlər.
Şagirdlərimin hamısı informatika fənnini çox sevir, həvəslə oxuyurlar, praktik məşğələlərdə fəallıq göstərirlər, bəziləri mütəmadi olaraq müxtəlif müsabiqələrdə iştirak edir. Həmişə elə şagirdlər olur ki, içindən gələn istəklə bu fənni dərindən öyrənməyə çalışırlar. Onlarla təmənnasız olaraq dərsdənkənar vaxtlarda məşğul oluram. Hər il bir neçə nəfər məzunumuz informatika müəllimi, kompüter mütəxəssisi olmaq üçün təhsilini davam etdirir. Məktəblərimizdə kişi müəllimlərinin azalması həmişə narahatlıq doğururdu. İnformatika müəllimi olmaq istəyənlərin arasında oğlanların sayının ildən-ilə artması bizi sevindirir.
Bir neçə ildir ki, gimnaziyada rəsmi olaraq həftədə iki gün elan edilsə də dörd gün məşğələlər keçirirəm, müəllimlərin kompüter savadının artırılması üçün hər cür şərait yaradılır. Müəllimlərə elektron dərsliklərdən istifadədə, layihələr metodundan istifadə edərək açıq dərslər keçirməkdə köməklik etməyə çalışıram, gimnaziyada müxtəlif tədbirlərdə (məsələn Xocalı soyqırımı günü, respublikada ilk mexanizator qadın-həmyerlimiz S. Qaziyevanın anım günündə və s.) hazırladığımız təqdimatlardan, disklərdən istifadə edir, film nümayiş etdirərək tədbirlərin daha maraqlı keçməsinə nail oluruq. Keçən dərs ilindən artıq müxtəlif fənn müəllimləri mənə yardımçı olur, özləri həmkarlarına köməklik göstərirlər. Məktəbimiz kompüterlə təmin olunan gündən indiyə qədər I sinifdən XI sinif şagirdləri də daxil olmaqla hamı asüdə vaxtlarında, böyük tənəffüsdə, dərsdən sonra növbə ilə kompüterlə işləmə bacarıqlarına yiyələnirlər.

Şagirdlər kompüterdə işləməyi çox sevirlər
Bir neçə şagirddən təşkil olunmuş yardımçı qrup kompüterlərin sazlanması, virusdan təmizlənməsi, şagirdləri öyrətməkdə və s. işlərin görülməsində mənə həmişə kömək edirlər. Hər il yardımçı qrupun rəhbəri 1-2 nəfər XI sinif şagirdinə müxtəlif proqramlarla işləməyi, kompüterə ƏS yazmağı və s. işləri öyrədir. Bu uşaqlar məktəbi qurtardıqdan sonra yaşadıqları Car, Ələsgərli və s. kimi ucqar kəndlərdə kiçik mütəxəssis kimi işə başlayırlar. Biz inanırıq ki, onlar zaman-zaman bacarıqlarını artıraraq yaxşı mütəxəssislər olacaqlar.

Artıq 2-ci ildir ki, şagirdlərimiz marağına, bacarığına görə seçilib müxtəlif qruplarda birləşir və bəzi işləri görməyə çalışırlar. Məsələn, təlimdə qazandıqları uğurları, asudə vaxtın təşkilini əks etdirmək üçün vaxtaşırı bülleten hazırlayırlar. Özləri məqalələr yazır, kompüterdə yığır, formatlaşdırır, şəkillər çəkirlər. Dizayn, çap işlərində Zaqatala Tədris Mərkəzinin köməyindən istifadə edirlər. Bülletenlər təkcə gimnaziyanın deyil, başqa məktəblərin də şagirdlərinin fəaliyyətini əks etdirir.

Həyati bacarıqlara əsaslanan təhsil kitabları çox xoşumuza gəlir. Üçüncü ildir ki, maraq kursu xətti ilə cədvələ salınmasa da, lazımlı olduğu üçün bir qrup könüllü yuxarı sinif şagirdi ilə həftədə bir dəfə məşğələ keçirirəm.
 
2008-ci  ildə   "Yaşıl  həftə"  ümumrespublika  müsabiqəsində  II  yeri  qazandım.  Həmin  il  "Zaqatala  qoruğu"  adlı  25  səhifəlik  broşurum  çap  olundu. 
 
2008-ci  ildə  bir  nəfər şagirdim  Beynəlxalq  Ekologiya  olimpiadasının  iştirakçısı  olmaq  hüququ  qazanmışdır. 
 
2009-cu  ildə  3  nəfər  şagirdimin  hər  biri   "Gənc  kompüter  istedadı"  müsabiqəsində  III  yer  tutdu.  Onlardan  biri  əlavə  olaraq  "Ən gənc  iştirakçı"  nominasiyası   ilə  mükafatlandırıldı. 
 
2010-cu  ildə Avropa  İnnovativ  Müəllimlər  müsabiqəsinin  Azərbaycan  mərhələsində  III  yeri  qazandım. 
 
2010-cu  il  bir  nəfər  şagirdimlə  İREX (Beynəlxalq  Tədqiqatlar  və  Mübadilələr  Şurası)  təşkilatının  keçirdiyi  müsabiqədə  I yeri  qazandıq.
 
2010-cu  ildə  "Elektron  təhsil"  müsabiqəsində  III  yeri  qazandım. 
 
Şagirdlərimdən  riyaziyyat-informatika  müəllimi,  kompüter  üzrə  mütəxəssis  işləyən,  bu  istiqamətdə  təhsil  alan   az  deyil.  Bir  nəfər  şagirdim  - Ağalayeva  Gülnar -- Prezident  təqaüdçüsü  --Qafqaz  Universitetinin  "Kompüter  mühəndisliyi"  fakültəsində  təhsil  alır.
 
2010-cu  il  5-7  iyul  tarixində Qəbələ  rayonunda  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  BMT-nin  Ətraf  Mühit  Proqramının  birgə  təşkilatçılığı  ilə  Biomüxtəliflik  üzrə  BMT-nmin baş  Assambleyasının  növbəti  sessiyasına  hazırlıq  məqsədi  ilə  "Bioloji  müxtəliflik  və  minilliyin  inkişaf  məqsədlərinə  nail  olunması"  mövzusunda  Beynəlxalq  konfrans  keçirildi.   7  iyulda  Biomüxtəliflik  üzrə  Avropa  regionu  nazirlərinin  görüşündə  nümayəndə  kimi  mən  də  iştirak  etdim  və  təşkil  edilmiş  Beynəlxalq  sərgidə  "Təbiət  məharətlə  yaradılmış  həyat  simfoniyasıdır"  layihəsi  əsasında  hazırladığımız  işlər (təqdimatlar,  şəkillər,  filmlər,...)  çox  böyük  marağa  səbəb  oldu  və  yüksək  qiymətləndirildi.   
 
 
 
 
 
 
2007/2008-ci dərs ilində rayonumuzun beş nəfər müəllimi respublika Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim” müsabiqəsinə qoşuldu. Müsabiqəyə qoşulan 5 müəllimdən hamımızın qaliblər sırasında  olması, rayonumuzun iki məktəbinin "Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olması ilə Zaqatala Təhsil sistemi bu müsabiqədə birincilər sırasında idi. Keçən dərs ilində də bir müəllimimiz və bir məktəb müsabiqənin qalibi oldu.
 
Son  illərdə  iştirak  etdiyim  respublika  səviyyəsində  keçirilən  müxtəlif  layihələr  təkcə  təlimlə  bağlı  olmamışdır.  2004-2006-cı  illərdə  Word  Hope  təşkilatının  Azərbaycanda  keçirdiyi  bəzi  layihələrin  Zaqatalada  da  həyata  keçirilməsində  əlaqələndirici  olmuşam.  Bu  layihələrin  həyata  keçirilməsi  ilə:
-- 2004-cü  ildə  Zaqatala  internat  məktəbinin  256  nəfər  şagirdinin  hər birinə  orta  hesabla  50-70  manat  həcmində  maddi  yardım  edilmişdir. 
 
-- "Eye  Projects"  layihəsi  ilə  Car  kəndində  imkansız  ailədən  olan  iki  yeniyetmənin  gözlərindəki  çəplik  əməliyyat   nəticəsində  aradan  qaldırılmış,  bir  il  həmin  uşaqlar  Bakıya  gedib-gəlməklə həkim nəzarəti  altında  olmuşlar.  Mənə  elə  gəlir  ki  bu  mənim  həyatımda  qazandığım  ən   böyük    uğurdur.  O  uşaqların  xöşbəxt  gülüşlərini  heç  vaxt  unutmayacağam.
 
-- Gözlərində  bəzi  problemlər  olan  17  nəfər  uşağın  da  gözü  Bakıda  müalicə  edilmiş,   onlar   eynəklə təmin olunmuşlar.  Bu  proseslərdə  Bakıya  gedib-gəlmək,  qalmaq,...bütün  xərclər  təşkilatın  hesabına  idi. 
 
 
 
 
 
 Dünya tarixi təcrübəsi göstərir ki, dövlətlə vətəndaş cəmiyətinin münasibətlərində heç vaxt tam harmoniya olmamışdır. Yalnız hakimiyyətlə vətəndaş arasında qarşılıqlı hörmət, işgüzar qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru uğurlu hərəkət mümkündür. Uzun sürən bu tarixi yolda respublikamız qətiyyətli addımlarını atır. Biz bu addımların uğuruna, xoşbəxt gələcəyimizə inanırıq! Çünki bizim ömrünü xalqına həsr etmiş, dünya şöhrətli, Müsəlman aləminin qüruru, Türk dünyasının böyük oğlu,... olan Prezidentimiz olub! Çünki Ulu öndərin Yeni Azərbaycan arzularını həyata keçirən, dünya dövlətləri arasında öz imzası olan müstəqil Azərbaycanımızın daim qüdrətlənməsinə təminat yaradan,... layiqli davamçısı var! Həm də bu torpağın işgüzar, bacarıqlı, vətənpərvər, qədirbilən, zəhmətsevər,... övladları var! Bu yolda əməyini, biliyini əsirgəməyənləri Allah qorusun! Ulu Tanrı hamımızın yardımçısı olsun!
 
Oxunub: 5312 | Daxil edib: Sprinq | Teqlər: İsmayılova, müəllim, İsmayılova Bahar, Kompüter aləmi, Ən yaxşı, Bahar | Reytinq: 4.4/8
Şərhlər cəmi: 3
+1  
3 Sprinq   (02.01.2013 18:51) [Material]
Çox sağ olun, Elnur müəllim, təşəkkürlər. İnsanın istəyi, həvəsi olanda çox işlər görmək olur. Nə zaman lazım olsa kömək etməyə hazıram!

Hörmətlə: Bahar m.

+1  
2 Azər   (04.09.2010 23:58) [Material]
Sizə uğurlar arzulayıram!

+1  
1 hunter   (08.06.2010 12:16) [Material]
Sayt dogrudanda cox maraqlidir.Insallah gelecekde dahada tekmillesdirerik. smile

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  May 2010  »
BiİkÜçBeAlBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player