Press-reliz: Microsoft korporasiyası korporativ müştərilərinə Office 2010 dəstini rəsmi şəkildə təqdim etdi. Şirkətin pres-relizinə əsasən ofis proqramlarından savayı Microsoft şirkəti həmçinin SharePoint, Visio və Project məhsulların yeni versiyalarını da təqdim etdi. Artıq 90 milyondan çox şirkət Office 2010 məhsulundan bəhrələnə bilər. Microsoft Word, PowerPoint və OneNote məhsullarının yeni versiyalarında istifadəçilər sənədləri birlikdə redaktə edə bilərlər. Qeyd etmək lazımdır ki, şirkət həmçinin Office Web Apps veb-proqramını təqdim etdi. Sözügedən proqram internetə qoşulmuş istənilən kompüterdən ofis sənədləri ilə işləməyə imkan verir. 2009-cu ilin noyabr ayında Microsft Office 2010 məhsulunun açıq beta-yoxlamasına başladı. Həmin yoxlamada 8,6 milyon şəxs iştirak etdi ki, bu da Office 2007-nin yoxlamasında iştirak edənlərdən üç dəfə çox oldu. Bundan əlavə, Microsft-un 1000-dən çox tərəfdaşı artıq Office 2010 dəsti üçün müxtəlif işləmələr hazırlayır. Office 2010 pərakəndə satışa iyun ayında çıxarılacaq. Proqramlar toplusundan asılı olaraq dəstin qiyməti 119-499 ABŞ dolları olacaq. İstifadəçilər üçün isə 15 iyunda Proqramdan istifadə etmək mümkün olacaq.
|