”Elektron məktəb” layihəsinə yeni məktəblər cəlb olunacaq
Təhsil naziri Misir Mərdanov "Elektron məktəb” layihəsinə yeni məktəblərin cəlb olunması barədə əmr imzalayıb. "ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, əmr respublika prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə verilib. ... Ardı »