30 kənddə pulsuz internet köşkü istifadəyə verilib.
IREX-Azərbaycan təşkilatı USAID-in maliyyə dəstəyi ilə “Onlayn kənd” layihəsi çərçivəsində Azərbaycanın 30 kəndində pulsuz internet köşklərini istifadəyə verib. Köşklər kəndlərin poçt şöbələrində yerləşdirilib. Köşklərin yerləşdirildiyi kəndlərin əhalisi 3 min və 10 min nəfər arasındadır.
IREX Azərbaycanın kənd sakinləri arasında 2012-ci ilin yanvarından mayına qədər keçirdiyi sorğu göstərir ki, sakinlər internetə daha çox telefonla daxil olurlar, amma onlar hesab edirlər ki, bu xidmət bahalı, sürət isə aşağıdır. Sorğuda iştirak edənlərin 54 faizi internetdən heç vaxt istifadə etmədiklərini, amma kəndlərində pulsuz internetin olmasını arzuladıqlarını bildiriblər. İştirakçıların 82 faizi isə internet kurslarına qatılmaq arzularını dilə gətiriblər, 19 faiz bildirib ki, onlar e-maildə
...
Ardı »