May ayının 17-də "Pozitiv" Gənclər Platforması və Gənclərin "İT klub"u "Sosial şəbəkələr və gənclik" adlı seminar təşkil edib. Seminarı giriş sözü ilə platformanın moderatoru Xəqəni Səfərov açdı. O, əvvəlcə Platformanın fəaliyyəti barədə qısa məlumat verdi, sonra seminarın keçirilmə zərurətindən danışdı.
"Son zamanlar insanların, xüsusən də gəncləri ən çox vaxtlarını xərclədiyi yerlər sosial şəbəkələrdir. Buna görə də "Pozitiv" olaraq "İT klub"-un ilk seminarı kimi bu mövzunu seçdik. Bu mövzu kifayət qədər aktual mövzudur. Gəncliyimizə zərərləri və xeyirləri baxımından müzakirə olunmalıdır. İnsanların virtual özünütəstiq aparatı olan sosial şəbəkələr artıq bir neçə sosial, siyasi, ictimai proseslərin təkanverici qüvvəsinə çevrilib. Ona görə də bu mövzunun üstündən keçmək olmaz. Zənnimcə, bura toplaşanlar vaxtlarını sərf etdiklərinə görə peşiman olm
... Ardı »
Facebook sosial şəbəkəsinə spam-virus buraxılıb.Rusiya mətbuatının verdiyi məlumata görə, bu gündən etibarən istifadəçilərin səhifəsində «Dislike» («Bəyənmədim») funksiyası peyda olmağa başlayıb.
İstifadəçilərin «divar»ına guya hansısa dostu tərəfindən «««Bəyənmədim» düyməsini bas və yeni imkanları sına!» adlı yazı peyda olur. Onun altında standart «Like» («Bəyəndim»), «Comment» («Şərh et») düymələrilə yanaşı, yeni «Bəyənmədim» düyməsi də peyda olur. Bu düyməyə klik edən zaman «The Lyed To Me» səhifə saytına yönləndirilir və zərərli skript işə düşür.