ABŞ Ordusunun Əfqanıstandakı əməliyyatlarının bəzilərində Facebook sosial şəbəkəsindən kömək aldığı ifadə edildi. Sosial şəbəkə mütəxəssisləri düşmən qrupların şəbəkələrdə etdiyi ünsiyyəti izləyib onlara görə hesabatlar hazırlayırlar. Düşmənlərin bütün ünsiyyət şəbəkəsinə sızmağı hədəfləyən mütəxəssislərin, Facebookdakı ən kiçik məlumat qırıntısını belə qiymətləndirdikləri ifadə edildi. Bu təhlillərin fevral ayında Əfqanıstanda təşkil ediləcək hücumları əvvəldən təyin etdikləri və maneə törədilməsində əhəmiyyətli rol oynadıqları iddia edildi. Bir sözlə Facebookun sayəsində ABŞ ordusu bir sıra əməliyyatların qarşısını ala bilib.
Çin superkompyuterlərin istehsalında dünyanın ən güclü dövləti olmaq üçün fəaliyyətini artırır. Çinin bu məqsədlə hazırladığı "Nabulae” adlı kompyuteri dünyanın ən güclü kompyuterləri siyahısında ikinci yerdədir. Siyahıya sürəti saniyədə 1,75 petaflopa çatan ABŞ-ın "Yaquar” adlı kompyuteri başçılıq edir. Siyahıda ABŞ-ın 500, Çinin isə 24 kompyuteri var. "Nabulae”nin sürəti 1,2 petaflopdur ki, bu da saniyədə 1 trilyon əməliyyat deməkdir. "Yaquar”da bu göstərici 1,75 trilyona bərabərdir. "Yaquar”ın bir saniyədə apardığı əməliyyatı adi kompyuter 10 saatda yerinə yetirir.