Forma
Be, 26.04.2024, 09:37Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [9]
riyaziyyat [5]
Terminlər lüğəti [1]
İzahlı lüğət [1]
Mdrik kəlamlar [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Metodiki bölmə » İnformatika

Elektron hesablama maşınları haqqında
Elektron hesablama maşınları haqqında
 
Müasir dövr elm və texnikanın yüksək sürətlə inkişafı və informasiya axınlarının çoxalması ilə xarakterizə edilir. İndi elm və texnikanın, eləcə də məişətimizin elə bir sahəsini tapmaq olmaz ki, orada fərdi elektron hesablama maşınlarından-kompüterlərdən istifadə olunmasın. Elektron hesablama maşınlarının yaradıcılarından-akademik V.M.Qluşkov yazırdı: «Müasir EHM-lər olmasaydı, istesalatda və məişətdəki hesablamaları aparmaq üçün bəşəriyyətin bir yarısı o biri yarısına xidmət etməli idi»
 
Aşağıdakı sadə fakt EHM-in insan həyatındakı rolunu təsdiq edir׃
XIX əsrin ingilis riyaziy yatçısı Şenks π, pi ədədinin təqribi qiymətinin tapılmasına 20 ildən artıq vaxt sərf etdiyi halda (vergüldən sonra 707 onluq işarə tapmış, amma 520-ci rəqəmi müəyyən edərkən səhvə yol verilmişdir) EHM 500 min rəqəmə qədər dəqiqliklə müəyyən edir.
İstehsal sahələrinin yenidən qurulması mühəndis-texniki işçilərin, eyni zamanda müasir fəhlənin də proqramla idarəetmə proseslərinə yaxından bələd olmasını zəruri olaraq qarşıya qoyur.
İnsan varlığını dərk edəndən bəri özünə köməkçi vasitələr axtarmışdır. İlk vaxtlar bu insanın əli və barmaqları olmuşdur. Barmaq hesabından ilk istifadə edənlər qədim yunanlar və romalılar olmuşdur. Qədim Roma tarixçisi Plineyin məlumatına görə Romanın ən böyük meydanı –Forumda ucaldılan Yanus allahının sağ əli 300, sol əli 55 ədədini göstərir. Bu Roma təqvimi ilə ildə 355 gün olduğunu bildirirdi.
Barmaq hesabının tam şərhi orta əsrlərdə (təxminən, 673-735-ci illər) Poçtenninin «Hesablama haqqında» adlı elmi əsərində verilmişdir. Həyat informasiyaların saxlanmasını tələb kimi irəli atırdı. İlk insanlar daşların, ağac parçalarının, çöplərin, düyünləri olan kəndirlərin köməyindən istifadə etməklə buna nail olurdular...
Nəhayət, informasiyaları saxlamaq və istifadə etmək üçün onların işarə edilməsi, ədədlərin meydana gəlməsi zəruri idi. Təbii ki, insanlar əvvəllər mövqesiz say sistemini yaratmışlar.
4000 il bundan əvvəl misirlilər heroqliflərdən, sonralar isə yunanlar hazırda istifadə etdiyimiz yunan əlifbasının hərflərindən, romalılar isə I (bir), V (beş), X (on), L (əlli), C (yüz), D (beş yüz) və M (min) işarələrindən istifadə etmişlər. Sonralar «abak» yaradıldı. Qədim, hətta orta əsrlərdə də riyazi məsələlər o zaman həll edilmiş hesab olunurdu ki, o abakda həll edilmiş olsun.
Tarixi məlumatlara əsasən rəqəmlər hərflərdən əvvəl yaradılmışdır. Ərəb rəqəmlərindən istifadə edilməklə yazılı hesablama Avropada Fibonaççi adı il tanınmış L.Pizanskinin 1202-ci ildə çap olunmuş kitabında şərh olunmuşdur. Bu dövrdən yazılı hesablama geniş yayılmağa başladı və abak ancaq köməkçi alətə, vasitəyə çevrildi.
Ümumiyyətlə, informasiyaların saxlanması üçün ən münasib üsul yazıdır.
Riyaziyyatın tarixində əlamətdar hadisə mövqeli say sisteminin kəşfidir. Mövqeli say sisteminin kəşfi hesablamanın mexanikləşdirilməsinə imkan yaradır. Hesablama alətlərində ilk dəyişiklik XVII əsrin başlanğıncında oldu.
 1617-ci ildə şotland riyyaziyatçısı C.Neper vurma əməlini yerinə yetirən "Hesab çubuqları" adlı cihaz düzəltdi, loqarifm xətkeşi yaradıldı. İlk mexaniki cəmləyici hesablama maşınının yaradılması fransız alimi B.Paskalın adı ilə bağlıdır.
1673-cü ildə alman riyaziyyatçısı V.Leybinis hesab əməllərini yerinə yetirən mexaniki maşın hazırladı. XIX əsrin əvəllərində görkəmli riyaziyyatçısı Ç.Bebbic proqramla idarə olunan mexaniki hesablama maşını ideyasını işləyib hazırladı və müəyyən etdi ki, hesablama maşınında:
1. Ədədi informasiyaları saxlamaq üçün "yaddaş" (müasir komputerlərdə yaddaş qurğusu):
2. Yaddaşdakı ədədlər üzərində əməliyatları yerinə yetirən qurğu (müasir komputerdə hesab qurğusu):
3. İnformasiyaların yazılması, oxunması, onlar üzərində əməliyyatlar ardıcıllığının tənzimləyicisi (idarəetmə qurğu):
4. İnformasiyaların maşına daxil edilməsinə və hesablamanın nəticəsini çap etməyə imkan verən (giriş- çıxış) qurğusu olmalıdır
      Bu ideya EHM-lər yaradıldıqdan sonra həyata keçirilir.
EHM-in yaranma tarixi Bebbicin, proqramlaşdırmanın tarixi isə onun tələbəsi, Corc Bayronun qızı Avqusta Ada Lavleysin adı ilə bağlıdır. G.Hollerit isə 1884- cü ildə perfokartlarla işləyən ilk elektromexaniki maşın hazırladı. XX əsrin 30-50-ci illərində elektronika, avtomatika və riyazi məntiq sahəsində edilən elmi kəşflər ilk elektron hesablama maşınlarının yaranmasına şərait yaratdı. 1937- ci ildə ABŞ-da bolqar A.Atanosovun riyazi fizika məsəllərini həll etmək üçün elektron hesablama maşını, 1944- cü ildə ABŞ-ın Harvard Unversitetinin əməkdaşı H.Eykenin lahiyəsi əsasında "MARK-1" avtomat hesablama maşını yaradıldı. "MARK-1" işə başlayanda 3 il sonra təsadüfən Bebbicin ideyaları ilə tanış olan H.Eyken demişdir: "Əgər Bebbic 75 il sonra yaşamış olsaydı, mən işsiz qalardım". Çox aşağı sürətlə işləyən bu maşın bir əməlliyatı 0.3-1.5 saniyə ərzində yerinə yetirirdi. Dünyada ilk elektron hesablama maşını-"ENIAK" (Elektron Numerical Integrator And Calculator) 1946-cı ildə Amerkanın Pensilvaniya Universitetinin əməkdaşları C.Moçli və D.Ekkert tərəfindən yaradıldı. Saniyədə 5000 əməliyyatı yerinı yetirən və 18000 lampadan ibarət bu EHM-in çəkisi 30 ton idi. EHM-in inkişafında xüsusi xidmətləri olan amerikan riyaziyyatçısı Con fon Neymanın müasir kompüterlərdə də istifadə olunan "ikilik say sistemindən istifadə və proqramın yaddaşda saxlanması" prinsipi mühüm rol oynadı. 1947-ci ildə Moçli, Ekkert və Neymanın rəhbərliyi ilə "EDVAK" maşını hazırladı. Elə həmin ildə ABŞ-ın IBM firmasının əməkdaşları yeni elektron-rele hesablama maşınını hazırladı. Rus alimi S.Lebedevin rəhbərliyi ilə 1950-ci ildə 2000 elektron lampadan ibarət KİÇİK ELEKTRON HESABLAMA Maşını, 1 il sonra isə saniyədə 8000 əməliyyati yerinə yetirən Böyük Elektron Hesablama Maşını üzərində iş başa çatdı. «STRELA» (1963-cü il) və «URAL» (1964-cü il) markalı maşınlar istifadəyə verildi...
Ən sadə funksiyaları yerinə yetirən və çoxlu sayda elektron komponentlərdən təşkil olunmuş EHM-lərin elementlərinin vəzifələri dəyişməsə də, onlarin qurulduğu elementlərin məcmuu ilə-element bazası ilə təyin olunmuşdur. Element bazasının dəyişməsi ilə elektron hesablama maşınlarının göstəriciləri, zahiri görkəmləri, həmçinin imkanları da əhəmiyyətli dərəcədə dəyişirdi. Kəşf edilmiş heç bir qurğu EHM kimi sürətlə inkişaf etməmişdi. Hər 10-15 ildə EHM-lərin inkişafında kəskin sıçrayışlar baş vermişdir. Belə sıçrayışlar nəticəsində yaranmış yeni EHM-lər köhnələrini sıxışdırıb aradan çıxarırdı. Ona görə də EHM-in bir-birini əvəz edən nəsillərini nəzərdən keçirmək məqsədəuyğundur.
Bölmə: İnformatika | Daxil edib: shelish (26.11.2010)
Oxunub: 10843 | Şərhlər: 2 | Reytinq: 3.9/11
Şərhlər cəmi: 2
0  
2 shelish   (06.12.2010 15:10) [Material]
[color=green]siz saq olun ki,mene bu şəraiti yaratduz teşekkürler

0  
1 ztm   (01.12.2010 06:28) [Material]
Mən elə gəlir ki, Siz məqaləni daxil etmisiz-yaqzmamisiniz!!!? angry

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player