Forma
Dö, 02.05.2024, 00:56Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
riyaziyyat [7]
Lirika [18]
bilirsinizmi? [18]
müxtəlif [6]
Qurani-Kərimin möcüzələri [15]
101 hədis [8]
Müdrik kəlamlar [4]
Gözəl sözlər [3]
Testlər(müxtəlif fənlərdən) [1]
materiallarımız artdıqca hər fənnə aid ayrıca bölmə yaradacağıq
GMO [4]
Pisxologiya [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » istifadəçilər üçün » Lirika

DÜŞÜNCƏLƏR…
DÜŞÜNCƏLƏR…
 
Soyuq bir payız axşamı... Sakit, səssiz bir ev. Evin pəncərələri açıq. Çöldəki külək evə daxil olur . Evdə sanki bir vıyıltı var
 Külək evin hər yerini gəzir-sanki layla çalır. Külək evdəki hər şeyi məhv edir. Külək evin sonuncu otağına daxil olur. Bu otaqda 3 şam yanırdı. Külək I şamı söndürür. Bununla insalardaki sevgi, xoşbəxtlik yox olur.
Sonra II şamı sondürür. Bununla insanlardaki inam, güvən yox olur.
III şamı söndürmək istədikdə şam sönmür. Çünki bu şamın altında ümid gizlənirdi.
Külək şamı bir də söndürmək istəyir. Bu zaman şamın alovu digərlərinə toxunur və digər şamlar da yanır. Otaqda sanki bir canlanma baş verir.
Həyat da belədir. İnsan heç vaxt ümidini itirməməlidir. Ümid həyatın dayağıdır. Ümidsiz insanlar uğur qazanmırlar. Onların həyati sönmüş şamı xatırladır.
 
MÜDRİK SÖZLƏR
 
 İnsanların ən xeyirlisi İnsanlara ən faydalı olanıdır. (Məhəmməd Peyğəmbər )
Dahilər — Başqalarının yoluna işıq salan, yol göstərən ulduzlardır. (O. Balzak)
Vaxtı öldürmək ən bahalı əyləncədir. (Sədi)
Tərbiyəsiz istedada heyf (Nyuton)
Dünyanın məni necə gördüyünü deyə bilmərəm. (Dekart)
Mən düşünürəm, deməli varam (J. Rets)
Ən uzun sürən düçmənçilik səbəbsiz düşmənçilikdir. ( U. Ceyms)
Beynimizin qəbul etməsi üçün əvvəlcə ürəyimizin inanması gərəkdir
Ədalət harda olur? ---Özgələrin evində Bəs həqiqət? ---Uşaqların dilində Bəxt harda olur? ---Axmaqda Bəs ümid? ---Həmişə qabaqda
 
DEYİMLƏR
 
 "Suyun min yolu var, ancaq hamısı okeana çıxarır”. (Afrika məsəli)
 
"Uşaqlarla elə davranın ki, elə bil əllərinizdə quş tutmusunuz. Onu əlinizlə çox sıxmayın. Quş ölə bilər. Amma çox boş da tutmayın, çünki quş uçar.” (Çin məsəli)
 
 "Həyatını necə yaşadığını bilmək istəyirsənsə özünə bax, kənardan bax, başqasının gözü ilə bax” (Sultanova Nərmin)
 
Kənardan bax özünə!
 
(çox sevdiyim bir şerdir, müəllifinin kim olduğunu unutmuşam. İki il əvvəl dəftərimə yazmışdım).
 
Saçlarını ağartmış həqiqət var cahanda,
Sifət aydın görünməz üz-üzə dayananda
 İnsanlar öz yurdunun keçmişini ananda,
 Bu günüyçün övladtək alışanda, yananda
Kənardan bax özünə!
 
Azərbaycan ölkəsi, dünyagörmüş məmləkət!
Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət!
Müsafiri məhəbbət, andı namusla qeyrət!
 Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət,
Kənardan bax özünə!
 
 Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi!
Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi.
Haçan, harda oxunsa Cabirin "Fəxriyyə”-si,
Sən xəcalət cəkərək dinləməsən bu səsi,
Kənardan bax özünə, kənardan bax özünə!
Kənardan bax özünə, kənardan bax özünə!
Bölmə: Lirika | Daxil edib: nuna (08.06.2010) | Müəllif: nuna
Oxunub: 953 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Şərhlər cəmi: 2
0  
2 nuna   (09.06.2010 12:53) [Material]
valideyn Menim sozum xosunuza geldi

0  
1 nuna   (09.06.2010 12:52) [Material]
cox sag olun smile

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Zulinka(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player