“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub - 29 Ноября 2010 - biaz
Forma
Ba, 04.12.2016, 11:07Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4195
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » Noyabr » 29 » “Virtual həftə sonu məktəbi”nin təqdimatı olub
20:17
“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub

Almaniyanın Frankfurt şəhərində keçirilən «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi işini davam etdirib. Tədbirin ikinci günü “Virtual həftə sonu məktəbi»nin təqdimatı ilə başlayıb.

Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib. “Virtual həftə sonu məktəbi» barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.

Virtual həftə sonu məktəbi xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçıları bilgiləndiriblər. Bildirilib ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd olunub ki, bu bölmə digər bölmələrdən daha genişdir və burada əyani vəsaitlərdən daha çox istifadə edilib. Azərbaycan ədəbiyyatı bölməsində Azərbaycanın yazılı və şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilib. Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür.

Layihənin üstünlüyü ondadır ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək mənimsəmək imkanı var. Bundan başqa mövzulara uyğun əyani vəsaitlər, foto, video və audio materiallar yerləşdirilmişdir. Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də verilib. Məktəbin vəsaitlərindən istifadə etmək üçün buraya üzv olmaq vacib şərt deyil. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və “online” imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır. Konqresin işi növbəti panellərlə davam edir. Tədbir bu gün yekun sənədlərin qəbulu ilə başa çatacaq.

Oxunub: 380 | Daxil edib: GrandPP | Reytinq: 4.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Noyabr 2010  »
BiİkÜçBeAlBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: bdutr(29)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player