Forma
Be, 26.04.2024, 19:09Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2014 » May » 13 » Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
00:21
Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur.

 

Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 
ƏMR EDİRƏM: 
1. 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılsın.

2.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılsın ki:
2.1. Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin  ixtisaslar üzrə siyahılarının bir həftə müddətinə hazırlanmasını təmin etsin;
2.2. 2014-cü il may ayının 25-dək hər  bir  ixtisas  üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirləri görsün;
2.3. müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəz, hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirsin;
2.4. sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyətin məlumatlandırılmasını təmin etsin;
2.5. sınaq qiymətləndirmədə bütün müəllimlərin iştirakını təmin etsin;
2.6. sınaq qiymətləndirmə başa çatdıqdan sonra cavab kartlarının yoxlanılmasını təşkil etsin və nəticələri rəhbərliyə təqdim etsin;
2.7. nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etsin və müəllimlər əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlasın.
3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova), Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İnsan resursları şöbəsi (F.Qədirov), Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Nazirliyində həyata keçirilən Layihələrin Əlaqələndirmə Qrupu (E.Rüstəmov), Bakı  Pedaqoji  Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna (A.Zamanov) tapşırılsın ki, sınaq  qiymətləndirmənin  nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.
4. Bakı şəhərində yerləşən dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, müəyyənləşdirilmiş vaxtda müəllimlərin sınaq qiymətləndirmədə iştirakını təmin etsinlər.
5. İqtisadiyyat şöbəsi (R.Orucov) sınaq qiymətləndirmənin keçirilməsi ilə əlaqədar müvafiq maliyyə məsələlərinin həll olunmasını təmin etsin.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin. 
Mikayı CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
6 may 2014-cü il

 

 
Bölmə: Xəbərlər | Oxunub: 2754 | Daxil edib: Sprinq | Reytinq: 3.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  May 2014  »
BiİkÜçBeAlBa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player